Mübariz Mənsimov doğma qardaşını da aldadıbmış: Erməni və mafiya ilə əlaqəsi var - VİDEO

Mübariz Mənsimov doğma qardaşını da aldadıbmış: Erməni və mafiya ilə əlaqəsi var - VİDEO
SOSİAL
14:43 30.09.2021
7256
Adı FETÖ ilə yanaşı çəkilən Mübariz Mənsimovun öz dogma qardaşı Maarif Mənsimova qarşı dələduzluq etməsi barədə Türkiyə mətbuatında dərc olunmuş xəbərlər Azərbaycan ictimaiyyətində hələ də müzakirə olunur. Əsas səbəb M.Mənsimov indiyə qədər özünü həmişə "xeyirxah”, "nümunəvi ictimai xadim” obrazda təqdim etməsidir.
 
Türkiyə mətbuatının yaydığı məlumatlardan isə ictimaiyyət aldanıldığını gördü. Çünki adam az qala hər salam verdiyi adama qarşı dələduzluq edibmiş!
Həmin təfərrüatlı xəbərlərdə bildirilir ki, FETÖ-yə (Fətullahçı terror təşkilatı) yardım etdiyi üçün beş il müddətinə cəzaya məhkum edilmiş Mübariz Mənsimov barəsində bu dəfə qardaşı Maarif Mənsimov şikayət edib. O, qardaşının dələduzluq etməsindən şikayətlənib.

Prokurorluğa təqdim olunmuş şikayət ərizəsində Maarif Mənsimov 2018-ci ilə qədər qardaşına məxsus "Palmali” Şirkətlər Qrupunda baş menecer olduğunu, yalnız gəmiçilik və nəqliyyat fəaliyyətini idarə etdiyini bildirib. Hətta Maarif Mənsimov ərizəsində qardaşının çirkli əməllərinə və şəriklərini aldatmasına etiraz olaraq, şirkətdəki bütün vəzifələrindən imtina etdiyini bəyan edib.

Maarif Mənsimov ərizəsində qardaşının bir gəmini üç nəfərə satdığını, çirkli pulları yuyanlar və mafiya ilə yaxın əlaqələr qurduğunu, erməni əsilli mafiya başçısı Levon Termedzyan və Sezgin Baran Korkmaz kimi çirkli pulları yuyanlar ilə yaxın ticarət əlaqələri qurduğunu etiraf edib.

Mübariz Mənsimovun "Sberbank”, "Lukoil” kimi yerli və xarici qurumlara ziyan vura biləcək saxtakarlıqlar etdiyi qeyd olunan ərizədə "Etdikləri hüquqazidd hərəkətləri ilə dövlətə və cəmiyyətə zərər verən bu insanların haqq etdiyi cəzanı alması üçün bu şikayəti etməyi vacib saydım” - deyə o, prokurorluğa yazdığı ərizəsində bildirib.

Qardaşı Mübariz Mənsimovun şirkətinin rəhbəri olan Nuray N.P. ilə birlikdə işlədikləri hər kəsi saxta vədlərlə aldatdığını bildirən Maarif Mənsimov 17 il əvvəl qardaşından satın aldığı Beşiktaşın Ulus məhəlləsindəki villasının sənədlərini hələ də ala bilmədiyini də bildirib.

Şikayət ərizəsində Mübariz Mənsimovun bu villanı borcları qarşılığında banka girov qoyduğu və barəsində evdən çıxarılma ilə bağlı qərar verildiyi də vurğulanıb.

Beləliklə, Mübariz Mənsimov Türkiyədə iş gördüyü, tərəfdaş münasibətdə olduğu, şəriklik etdiyi, işə götürdüyü hər kəsə qarşı fırıldaqçılıq edib, aldadıb. Ən sonda isə qardaşına qarşı da etdiyi bu hərəkət Türkiyə mediasında geniş işıqlandırılıb. Bununla da M.Mənsimovun qaranlıq keçmişinə bir daha işıq salınıb. Lap Ramiz Rövşənin "Dünya qəfil işıqlansa” şeirində olduğu kimi. Sən demə adam xeyirxah yox, dələduz imiş! // oxu.az
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
16:41 01.07.2026
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır