Mübariz Mənsimov qazi üçün təyyarə göndərib? - "Palmali"dən açıqlama

Mübariz Mənsimov qazi üçün təyyarə göndərib? - "Palmali"dən açıqlama
SOSİAL
12:47 22.10.2018
7785
Son günlər sosial şəbəkələrdə "Palmali" prezidenti Mübariz Mənsimovun düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan qazi Qoşqar Hacıyevi Türkiyəyə dəvət etdiyi haqda xəbər yayımlanıb.
 
AZXEBER.COM-un məlumatına görə, xəbərdə qeyd olunur ki, Mübariz Mənsimov şəxsi təyyarəsi ilə Qoşqarın Türkiyəyə gəlməsi haqda qərar verib və onun müalicəsini öz üzərinə götürüb.
 
AZXEBER.COM məsələ ilə bağlı qazinin qardaşı Vüqar Hacıyev ilə əlaqə saxlayıb. O bildirib ki, Qoşqarın vəziyyəti günü-gündən düzəlir: "Mən sizin saytınıza təşəkkür edirəm ki, ilk olaraq bu məsələni işıqlandırdız. Qardaşımın səhhəti günü-gündən normallaşır. Sizin vasitənizlə bizə dəstək olan hər kəsə təşəkkür edirəm."
 
O Mübariz Mənsimovun təyyarə təklif etdiyini də deyib: "Bəli, bu məlumat düzdür. Biz Mübariz bəyə müraciət etdik və o yardım üçün nə lazımdırsa, edilməsi haqda qərar verdi. Ancaq sonradan dövlətimiz də bizə dəstək oldu və məsələ həll oldu. 
 
AZXEBER.COM məsələ ilə bağlı "Palmali Şirkətlər Qrupu" ilə əlaqə saxlayıb.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib ki, Qoşqarın ailəsi həqiqətən də təyyarə üçün Mübariz Mənsimova müraciət edib: "Qoşqar Hacıyevin qardaşı təyyarə ayırılması üçün Mübariz bəyə müraciət edib. Mübariz bəy də həmin dəqiqə tapşırıq verib. Lakin o da bildirilib ki, şirkətin təyyarəsi uyğun deyil, ona hərbi ambulans təyyarə lazımdır. Daha sonra isə məsələ öz həllini tapıb. Qoşqarın müalicəsi üçün Türkiyədən Azərbaycana həkim dəvət edilib".
 
O həmçinin bildirib ki, Mübariz Mənsimov bu cür məsələlərdə adının hallandırılmasını sevmir: "Biz bu günə qədər etdiyimiz xeyriyyəçilik məsələləri ilə bağlı heç vaxt reklam olunmamışıq, bunu Mübariz bəy sevmir. Xahişimiz budur ki, bu cür qeyri-dəqiq məlumatlar yayılmasın, ən azından şirkətlə dəqiqləşdirilib, sonradan paylaşılsın". 
 
Qeyd edək ki, "N" saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlu (1986-cı ildə doğulub, 2004-cü ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb) bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinin yazdıqları kimi aprel döyüşlərində deyil, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq