“Mənsimovun borcları “Palmali”ni batırır” – Dünya mətbuatı yazır

SİYASƏT
13:52 01.06.2020
600

İngiltərə Ali Məhkəməsi Mübariz Mənsimovun bütün dünyadakı mülklərinə və bank hesablarına həbs qoyması xəbəri müzakirələr səbəb olub.

AZXEBER.COM xəbər verir ki, martın 17-də FETÖ terror təşkilatının üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu Palmali Holding Company Limited şirkəti müflis elan edilib. Bu barədə dünyanın bir çox nüfuzlu xəbər agentlikləridə məlumat dərc ediblər.

900 milyon dollarlıq borc iddiaları

İngiltərə Ali Məhkəməsinin iddialarına əsasən iş adamının müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Mübariz Mənsimovun uzun illərdir ki, bu borcdan qaçdığı və onu ödəməkdən imtina etdiyi bildirilir. Almaniyanın "Hamburg Commercial Bank”ı krediti ödənilməyən gəmiləri müsadirə edib. Rusiyanın Rostov Arbitraj Məhkəməsi "Sberbank”a 220 milyon dollar borcu olması iddiasına görə şirkətin törəmə müəssisəsi "Palmali Rostov”u müflis elan edib. Bundan sonra isə İngiltərə Ali Məhkəməsi Mübariz Mənsimovun bütün dünyadakı mülklərinə və bank hesablarına həbs qoyub. Məhkəmə Mübariz Mənsimov və Palmali Holding Company Limited-in katibi Coann Spayterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

"Palmali” iddiaları qəbul etmir

Dünyanın nüfuzlu xəbər agentliklərinin və informasiya resurslarının yayımladığı bu xəbərlərə şirkət rəsmisi Fidan Quliyevanın mövqeyi isə maraq doğurub. Şirkət rəsmisi iddiaları qəbul etməyərək, məlumatların şişirildiyini qeyd edir: "Palmali Şirkətlər Qrupunun yüzlərlə şirkəti var. Malta şəhərində yerləşən Palmali Holding Company Limited şirkəti iflasa uğramayıb. Palmali Rostov və Sberbank arasındakı ticarət əlaqələri səbəbindən Sberbank tərəfindən Palmali Malta şirkətinə qarşı qərar qəbul edildi. ”

Rusiya KİV-ləri 3 il öncədən borc qalmaqalından yazmışdı

2017-ci ildən Rusiyanın KİV-ləri Azərbaycan əsilli türkiyəli iş adamı Mübariz Mənsimovun adının borc qalmaqalında hallandırmışdılar. Hələ o dövürlərdə Rusiya FTX-nin İqtisadi Təhlükəsizlik Xidməti (İTX) Rusiyanın dəniz sərhədlərindəki Mənsimova məxsus gəmilərdə yoxlamalar başlatmış və bu yoxlamalardan sonra onun borclarını qaytarmalı olduğu xəbərdarlığı edilmişdi. Rusiya KİV-lərinin irəli sürdüya ittihamlar daha çox ciddi olub. Həmin dövr Rusiya mətbuatının yazdığına görə, "Palmali” şirkəti 1 milyard rubla yaxın vergini ödəməyib. Bundan savayı, şirkət xaricə vəsaitlərin çıxarılmasında iştirak edib. Bundan öncə Mübariz Mənsimovun yaxın adamı hesab edilən, Türkiyənin "Palmali” gəmiçilik şirkətinin Rostov bölməsinin direktoru Aleksey Mixelev barəsində cinayət işi başlanmışdı. İstintaqın məlumatına əsasən, o, su nəqliyyatı ilə malların daşınmasından əldə olunan gəlir barədə yalan və aşağı endirilmiş məlumatlar göstərib. Bu səbəbdən şirkət qanunla nəzərdə tutulan vaxtda 2010-cu ildə büdcəyə 881 milyon rubl həcmində gəlir vergisini ödəməyib, 2011-ci ildə isə bu rəqəm 401 milyon rubldan çox olub.

Şirkət isə o illərdə də bu iddiaların yalan olduğunu və rəqəmlərin şişirildiyini açıqlamışdı.

Qeyd edək ki, İstanbul hüquq-mühafizə orqanları M.Mənsimovun evində 15 martda axtarış aparıblar və onun saxlanılmasına qərar veriblər. 17 martda isə İstanbul Məhkəməsi Mənsimovun istintaq müddətində həbsi ilə bağlı qərar verib. M.Mənsimov FETÖ ilə əlaqədə və bu terror qrupuna maliyyə dəstəyində suçlanır.

OXŞAR XƏBƏRLƏR