Mübariz Mənsimovun qardaşı Bakıya 3 milyon dollarlıq maşın gətirib.
Bu barədə internetdə, əsasən də sosial şəbəkələrdə məlumatlar yer alıb. Hətta bir şəxs, adıçəkilən avtomobili həvəskar kamerasının lentinə alıb, daha sonra “Facebook” sosial şəbəkəsində, dünyanın ən tanınmış video saytı olan “Youtube”-da yerləşdirib.İnternetdə yayılan məlumatlarda qeyd olunur ki, avtomobili Bakıya Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı gətirib. 13 saniyəlik video başqa bir avtomobilin içindən çəkilib. Videoda avtomobil aydın şəkildə görünür.Qeyd edək ki, “Bugatti Veyron”un təxminən 3 milyon dollara yaxın qiyməti var. 16 silindrli, 1200 at gücündə mühərrikə malik bu maşın saatda 100 kilometr sürəti cəmi 2-4 saniyəyə yığır. /// rekord.az