Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olub.
Bəlli olduğu kimi, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb və bu gün bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin edib.AZXEBER.COM-un məlumatına görə, bunu hakim partiyadan olan millət vəkili Mübariz Qurbanlı YAP-ın saytına açıqlamasında deyib.Onun dediyinə görə, hər bir ölkənin inkişafının göstəriciləri, təbii ki, ilk olaraq rəqəmlərdə ifadə olunur.Ümumi daxili məhsulun artımı, sənaye və kənd təsərrüfatı istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, əhalinin real gəlirlərinin artması, rihafının yaxşılaşması və sairə kimi faktorlar bütövlükdə dövlətlərin inkişafının indikatorlarıdır:“Əlbəttə ki, hər bir dövlətin inkişaf səviyyəsi müəyyənləşdirilərkən beynəlxalq təşkilatların, maliyyə qurumlarının hesabatları nəzərə alınır. Məhz burada tərtib olunmuş reytinq sıralamalarında dövlətlərin inkişafının ilkin göstərici qismində investisiya cəlbetmə baxımından hansı üstünlüyə malik olması təsvir edilir. Digər tərəfdən, həmin ölkələrin iqtisadi baxımdan etibarlılığı diqqətdə saxlanılır. Haqqında danışdığımız göstəricilər əsasında biz Azərbaycanın son illər ərzində hansı səviyyədə inkişaf etdiyinin şahidi oluruq.Aydındır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun nəticəsi olaraq, Azərbaycan iqtisadi sahədə keçid dövrünü arxada qoymuşdur. Əlbəttə ki, bu gənc bir dövlət üçün çox ciddi bir göstəricidir.Ümumiyyətlə, dünyada dövlətlər inkişaf səviyyəsinə görə təsnifatlaşdırılır. Hətta bu gün planetdə elə ölkələr mövcuddur ki, onlar yoxsulluq həddində yaşayırlar. Həmin dövlətlərin adı siyasi xəritədə olsa da, beynəlxalq təşkilatlarda adı çəkilsə də, onlar öz xalqlarını hərtərəfli şəkildə təmin və idarə etmək iqtidarında deyillər. Amma dünyada elə dövlətlər də var ki, onlar yüksək səviyyədə inkişaf etmiş sənaye cəmiyyəti qurmaqla inkişaf etmiş ölkələr (İEÖ) qrupuna daxil olmuşlar. Belə ölkələrin sayı isə azdır”.Millət vəkili onu da deyib ki, lakin dünyada inkişaf etməkdə olan dövlətlər də mövcuddur ki, onların sayı inkişaf etmiş ölkələrə nisbətən çoxdur:“Bu ölkələrin qarşısında duran hədəflər isə İEÖ-nin mütərəqqi təcrübəsindən rasional şəkildə istifadə etməklə, milli dəyər və sərvətlərlə uzlaşdırmaqla yeni inkişaf mərhələsinə qədəm qoymaqdır. Hazırda Azərbaycan da dünyada inkişaf etməkdə olan ölkə hesab olunur. Amma dövlətimiz digər bu təsnifata daxil olan ölkələrdən fərqli olaraq yürüdülən praqmatik və effektiv strategiya nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəlib.Xatırladım ki, ötən ilin son aylarında dünyanın ən nüfuzlu araşdırma və sorğu şirkətlərindən biri olan “Gallup International”ın apardığı “Qlobal Ümid və Ümidsizlik Barometri” adlı sorğusuna əsasən, Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutub.
Azərbaycan dövləti bütün sahələrdə - iqtisadi, sosial, ekoloji, demoqrafik, ərzaq və digər sahələrdə insanların təhlükəsizliyini təmin etmişdir. Əlbəttə ki, adıçəkilən sahələrdə müəyyən problemlər var. Lakin onların aradan qaldırılması üçün ciddi addımlar atılır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasət yürüdülür”.