Mübariz Qurbanlı: ''Dünənki 'aksiya' da onların hansı durumda olduğunu bir daha göstərdi'

SİYASƏT
16:05 19.08.2013
1259

Azərbaycanla Rusiya arasında münasibətlər müəyyən fundamentə söykənir.

Bunu Gün.Az-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə, bu səfər ətrafında hələ də müxalif mətbuatda və dairələrdə səslənən iddialara, bu səfərin Azərbaycan hakimiyyətinə dəstək xarakteri daşımasına münasibətini bildirərkən dilə gətirib.“Dövlət müstəqilliyimizin bərpasından sonra, xüsusilə, ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Rusiya-Azərbaycan münasibətlərində fundamental əsaslar üzərində yeni bir siyasətin qurulmasının başlanğıcı oldu. Biz artıq strateji tərəfdaş ölkəyik”, - deyən millət vəkilinin sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında imzalanmış bütün müqavilələr və öhdəliklər də hər iki ölkə tərəfindən ardıcıl olaraq həyata keçirilir:“Mətbuatda belə informasiyalar gedirdi ki, guya bizim münasibətlərdə soyuqluq var və sair. Bunlar hamısı ayrı-ayrı şəxslərin və jurnalistlərin özünün düşüncəsinin məhsulu idi. Bizim dövlətlərarası münasibətlərdə hansısa bir soyuqluğu görmürəm, müşahidə etmirəm və bunun olduğunu da sübut edəcək fakta malik deyiləm.Bilirsiniz ki, Medvedevin prezidentliyi dövründə o dəfələrlə Azərbaycana səfər edib. Hökumətlərarası əlaqələr, dövlətlərarası münasibətlər səviyyəsində danışıqlar daim davam edib.Vladimir Putin də prezident seçildikdən, təkrar prezident seçildikdən sonra müxtəlif istiqamətlərdə münasibətlərimiz davam edib, prezidentlərarası telefon danışıqları olub, məsləhətləşmələr olub, ayrı-ayrı tədbirlərdə birgə bu və ya digər məsələnin müzakirəsi olub.Belə olan şəraitdə, hansısa soyuqlamadan, hansısa soyuq münasibətdən danışmaq, əlbəttə, doğru olmazdı”.YAP rəsmisi qeyd edib ki, məlum səfər də əvvəlcədən müəyyən olunmuş proqram üzrə həyata keçirilib, artıq səfər başa çatıb və imzalanmış sənədlər hamıya bəllidir:“Bunları təkrar etməyə dəyməz. 5 mühüm sənəd imzalanıb. Prezidentlər arasında təkbətək görüş olub, təmas qurulub. Prezidentlərin verdiyi bəyanatlardan da göründüyü kimi, bütün məsələlər üzrə müzakirələr aparılıb, o cümlədən regional təhlükəsizlik məsələsi, Qarabağ məsələsi ətrafında ciddi müzakirələr gedib. Prezident İlham Əliyevin Vladimir Putinlə birgə verdiyi açıqlamada Qarabağ məsələsinə xüsusi önəm verməsi, Putinin çıxışında bu məsələyə ayrıca toxunması bu mövzunun gündəmdə olduğunu göstərdi.Hökumətlər səviyyəsində, nazirliklər səviyyəsində təmaslar davam etməkdədir. Ona görə hesab edirəm, Vladimir Putinin səfəri və prezident İlham Əliyevlə apardığı danışıqlar Rusiya-Azərbaycan münasibətlərində indiki dövrün tələblərinə uyğun yeni bir səhifədir və dostluq münasibətlərimiz üçün daha bir mühüm mərhələnin əsasıdır”.Millət vəkilinin bildirdiyinə görə, amma müxalifət mətbuatında V.Putinin səfərini müxtəlif cür yozmağa başlayıblar:“Mən bu şərhləri, bu təhlilləri oxuyuram və təəssüf edirəm ki, Azərbaycanın xarici siyasətindəki qazanılmış uğurları bəzi şəxslər özlərinin bəsit təhlilləri ilə aşağı endirməyə, onun əhəmiyyətini azaltmağa çalışırlar. Müxalifət mətbuatında gedən yazılar tam subyektivdir. Bir sıra hallarda tamamilə beynəlxalq münasibətlər və diplomatik münasibətlər sisteminə uyğun gəlməyən təhlillərdir.Bunun Azərbaycanda qarşıdan gələn seçki ilə əlaqələndirməyə çalışırlar. Bu versiya tamamilə özünü doğrultmur. Çünki bütün ölkələrdə dövlət başçıları xarici siyasəti axıra qədər davam etdirir. Bundan əvvəl İtaliyanın baş naziri gəlmişdi, Rusiyanın prezidenti gəlib. Seçkiyə qədər müxtəlif ayrı-ayrı bu tipli görüşlər olacaq.Həmçinin, türkdilli dövlət başçılarının Qəbələdə böyük bir toplantısı keçirildi. Yəni, bunları seçkiyə bağlamaq bəsit yanaşmanın bir nəticəsidir və bu cür yanaşan şəxslər hesab edirəm ki, ya bilərəkdən, ya bilmədən bütövlükdə bizim ümummilli maraqlarımızla bağlı apardığımız siyasəti və onun əhəmiyyətini azaltmaq istəyənlərdir”.YAP icra katibinin müavini onu da deyib ki, bu cür yanaşma doğru deyil:“Bilirsiniz ki, radikal müxalifətin namizəd problemi var, onu müəyyənləşdirə bilmir. Radikal qanadın hansı namizədlə prezident seçkilərində iştirak etməsi də bizim üçün o qədər də əhəmiyyət kəsb etmir. Hansı namizədlə iştirak edirlər- etsinlər, özləri bilər.İstər Rüstəm İbrahimbəyov olsun, istər müstəqil - başqa bir namizəd irəli sürsünlər və yaxud İsa Qəmbər olsun, Əli Kərimli olsun, yəni, bu, Yeni Azərbaycan Partiyasını narahat edən məsələ deyil.Yeri gəlmişkən dünənki “aksiya” da onların hansı durumda olduğunu bir daha göstərdi. Göstərdi ki, Milli Şura və onun vahid namizəd ideyası iflasa məhkumdur... Tam fiasko...Yenə sözümün əvvəlinə qayıdaraq qeyd etmək istəyirəm ki, seçkinin taleyini Azərbaycan xalqı həll edir və bizim də tam inamımız var ki, bu seçkilərdə Azərbaycan seçiciləri prezident İlham Əliyevə növbəti dəfə yüksək səviyyədə dəstək verəcəklər”.

OXŞAR XƏBƏRLƏR