Mübariz Qurbanlı: ‘Fərq etməz namizəd ‘Müsavat’ başqanıdır, yaxud AXCP sədridir’

Mübariz Qurbanlı: ‘Fərq etməz namizəd ‘Müsavat’ başqanıdır, yaxud AXCP sədridir’
Bütün Xəbərlər
14:20 27.12.2012
865

Bizim hakim partiya üçün siyasi müstəvidə istənilən namizəd siyasi rəqibdir.

Biz istənilən namizədi özümüz üçün siyasi rəqib sayırıq. AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Gün.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, sözügedən partiyanın icra katibinin müavini Mübariz Qurbanlıİsa Qəmbərin  Müsavat Partiyası tərəfindən prezidentliyə namizədliyinin irəli sürülməsindən sonra bu təşkilatla AXCP arasında qarşılıqlı ittihamların yenidən alovlanmasına, Əli Kərimli tərəfdarlarının İsa Qəmbər və Hacılı qardaşlarını hakimiyyətə satqınçılıqda, Arif Hacılının isə AXCP sədrini qəvi düşmənçilikdə suçlamasına münasibətini bildirərkən dilə gətirib. YAP rəsmisinin dediyinə görə, bununla belə, hakim partiya qarşıdan gələn 2013-cü il prezident seçkiləri ilə bağlı namizədinin geniş əhali təbəqəsi tərəfindən dəstəklənməsi və qələbə əldə etməsi üçün öz təbliğat-təşviqat işlərini aparacaq: “Eyni zamanda, biz namizədimizin qələbəsi üçün bütün digər lazımi işləri aparacağıq və yenidən onun qələbə əldə etməsinə nail olacağıq”. Müxalifətdən İ.Qəmbərin, yoxsa Ə.Kərimlinin vahid namizəd olacağına gəlincə, M.Qurbanlı bildirib ki, gələcəkdə namizəd “Müsavat” başqanıdır, yaxud AXCP sədridir, fərq etməz və etməyəcək, onların elektoratı eynidir, dəyişməyəcək: “İkisi seçkiyə ayrılıqda getsə, onsuz da dar olan elektoratları bir daha parçalanmış olacaq, biri getsə, yenə də ciddi uğur qazana bilməyəcək. Onların cəmiyyət arasında ciddi sosial bazası, dayaqları, nüfuzları yoxdur, həmin şəxslər seçkilərdə çəmi 1-2 i faiz səsə iddia edə bilər, yəni həmin şəxslərin bir yerdə bundan artıq səs qazanmaları mümkün deyil”. YAP rəsmisi cəmiyyətin, seçicilərin həmin qüvvələrdən üz döndərməsinin səbəbi kimi isə onların radikalizm mövqeyində dayanmasını göstərib: “Cəmiyyət artıq radikalizmi qəbul etmir, ona birmənalı “yox” deyir. Eyni zamanda, cəmiyyət çoxdan radikalizmi tarixin arxivinə göndərib. Cəmiyyət radikalları yox, konstruktiv, Azərbaycan dövlətçiliyini öz fəaliyyətlərində önə çəkən müxalifəti qəbul edir. Fikir versəniz görərsiniz ki, seçkilərdə də konstruktivlər radikallardan daha çox səs toplayırlar”. Millət vəkili həmçinin deyib ki, radikallar, xüsusilə, AXCP və “Müsavat” üzvləri arasında qarşılıqlı ittihamlar məsələsi də yeni məsələ deyil: “Bunlar arasında qarşılıqlı ittihamlar, təhqirlər zaman-zaman olub, indi də var və bu gedişlə bundan sonra da olacaq. Ancaq ən yaxşı yol bu olardı ki, bu düşərgənin liderləri, o cümlədən İsa Qəmbərlə Əli Kərimli siyasətdən çəkilib, öz uğursuzluqlarını etiraf edəydilər... Bununla belə, onların bir-birinə qarşı hansı ittihamlarla çıxış etməsi də bizi maraqlandırmır. Bu, bizə aid məsələ deyil və bayaq dediyim kimi, siyasi müstəvidə istənilən namizəd bizim üçün rəqibdir...”

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:16 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
Qadın güləşçimiz karyerasını bitirdi
13:40 28.06.2025
Qadın güləşçimiz karyerasını bitirdi
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
13:25 28.06.2025
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
13:20 28.06.2025
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub