Mübariz Qurbanlı: “Mən əminəm ki, bu cür hadisələr bir daha Nardaranda olmayacaq”
Bütün Xəbərlər
15:30 07.12.2015
680
Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı ANS TV-də "Hesabat" verilişinin qonağı olub.- Mübariz müəllim, Sizcə bundan sonra Nardarandakı proseslər artıq bu dini radikal təfəkkürlü insanların ordan kənarlaşdırılması istqamətində atılan addımlardan sonra, hansı istiqamətdə, hansı səmtə cərəyan edəcək?– Nardaranda indiki vəziyyət çox normaldır və hadisələr normal məcrada inkişaf edir. Hazırda orada “Azəriqaz” və “Azərişıq” fəaliyyət göstərir. Bəziləri söyləyir ki, əvvələr Nardaranda kommunal haqlar nəyə görə ödənilməyib və s. Hökumət əvvələr də orda hər cür tədbirlər görüb. Yəni digər kəndlərdə olduğu kimi, işıq da, qaz da verilib. Digər kəndlərdə olduğu kimi, kartlarla bunlar hamısı edilib. Amma dağıdıblar, sındırıblar. Məhz bu cür ekstremist və bu kimi qrupların təhrikilə. Bir daha qeyd edirəm ki, indi vəziyyət normaldır. Hesab edirəm ki, Nardaranda bu cür hadisələr, hərəkətlər bundan sonra bir daha təkrar olunmayacaq. Çünki o kəndin əhalisi bu cür ekstremis qrupları bütövlüklə dəstəkləməyib və dəstəkləmir.– Dövlət tərəfindən hər hansı bir güzəşt mümkündürmü, tutaq ki, onlara işığı da, qazı da hələlik kreditlə versinlər. Çünki çox soyuqdur. Hidrometeoroloqların praqnozuna görə, daha çox soyuqların olacağı gözlənilir. Və eyni zamanda bu proseslər öz həllin tapsın. Yəni biri o birisinə mane olmadan mümkündürmü belə bir şey?