Mübariz Qurbanlı qanunsuz aksiyalara görə cərimələri dəstəklədi

Mübariz Qurbanlı qanunsuz aksiyalara görə cərimələri dəstəklədi
Bütün Xəbərlər
17:32 29.10.2012
905
“Qanunsuz aksiyaların keçirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan cərimələrin artırılması tamamilə düzgündür. Bu yöndə parlamentin müzakirəsinə çıxarılan müvafiq qanun layihəsi tam məntiqlidir”. APA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.M. Qurbanlı bildirib ki, müxalifət partiyalarının bu qanun layihəsi ilə əlaqədar iddialarının heç bir əsası yoxdur. Onun sözlərinə görə, istənilən ölkənin qanunlarında belə toplantılarla bağlı ciddilik var.
OXŞAR XƏBƏRLƏR