Müdafiə naziri cəbhə xəttində əsgərlərlə görüşdü - FOTOLAR

Müdafiə naziri cəbhə xəttində əsgərlərlə görüşdü - FOTOLAR
Bütün Xəbərlər
00:43 10.07.2014
744

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində təlimlər keçirilən hərbi hissələrdə olub. 

AZXEBER.COM-un xəbərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, zirehli texnikaların döyüşə hazırlığı, imkanları və effektiv istifadəsi, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olub.

Sonra Müdafiə naziri döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüb, xidmətdə fərqlənənlərə saatlar təqdim edib.

Nazir eyni zamanda müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

OXŞAR XƏBƏRLƏR