Azərbaycan Respublikasının müdafiə naziri Koreya Respublikasına səfərə yola düşüb.
Trend nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasına rəsmi səfərə yola düşüb.
Dekabrın 4-dək davam edəcək səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.