Müdafiə naziri göbələkdən zəhərləndi

Müdafiə naziri göbələkdən zəhərləndi
Bütün Xəbərlər
08:18 13.09.2012
1184
Rusiya Federasiyasının sabiq müdafiə naziri, ordu generalı Pavel Qraçov reanimasiyaya düşüb.
AZXEBER.COM-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, o, hazırda general Vişnyovskiy adına hərbi hospitalda müalicədədir.Hazırda 64 yaşlı general Popov adına Radiozavodda baş direktorun məsləhətçisi vəzifəsində çalışır. Həkimlər Qraçovun vəziyyətini stabil olaraq qiymətləndirir. Ancaq onun hospitala yerləşdirilməsinin səbəbləri açıqlanmır.Bu arada “LifeNews” saytı hospitalın həkimlərinə istinadən yazır ki, general göbələkdən zəhərlənib. Belə ki, Qraçovun qohumları nəşrə bildirib ki, dünən o bir dostunun ad günü şərəfinə düzənlənmiş tədbirdə olub və evə qayıtdıqdan sonra özünü pis hiss edib, huşunu itirib.
OXŞAR XƏBƏRLƏR