Müdafiə Naziri Zakir Həsənov təşəkkür etdi

Müdafiə Naziri Zakir Həsənov təşəkkür etdi
Bütün Xəbərlər
15:04 03.08.2014
6634
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti vətənpərvərlik çağırışları ilə zəngin bu müraciətlərin şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin və mənəvi-psixoloji hazırlığının artırılmasına müsbət təsir göstərdiyini bildirib.AZXEBER.COM-un Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, son günlər Nazirliyin ünvanına keçmiş döyüşçülər, müharibə veteranları, o cümlədən, cəbhəyanı bölgələrdə yaşayan sakinlərdən düşməni məhv edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Silahlı Qüvvələrimizin şəxsi heyətinə dəstək olduqlarını ifadə edən çoxsaylı müraciətlər daxil olur.Vətəndaşlarımızın bu cür çağırışları şəxsi heyət üçün mənəvi dayaq, orduda gələcəkdə xidmət edəcək gənclər üçün əvəzolunmaz nümunə və Vətən üçün böyük bir şərəfdir.
OXŞAR XƏBƏRLƏR