Müdafiə Nazirliyi: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

Müdafiə Nazirliyi: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur
SOSİAL
15:03 16.07.2020
965
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

V.Dərgahlı "Report"a bildirib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır: "Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb".
OXŞAR XƏBƏRLƏR