Müdafiə Nazirliyi hərbi hissədə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb
Bütün Xəbərlər
11:51 12.11.2011
1441
Müdafiə Nazirliyi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, hadisə noyabrın 11-də saat 20.00 radələrində Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin avtomobil parkının ərazisində yanğın baş verib. Yanğın nətijəsində avtomobillərdən birinin yük yerində olan minalar partlasa da, ölən və yaralanan olmayıb.