Azərbaycan Ordusunun əsgəri əsir düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün N saylı hərbi hissənin əsgəri 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq Erməni silahlı bölmələrinə əsir düşüb.