Müdafiə Nazirliyində yeni təyinat - FOTO

Müdafiə Nazirliyində yeni təyinat - FOTO
SOSİAL
17:57 26.09.2020
1169

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.

 

Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən, KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

OXŞAR XƏBƏRLƏR