Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun Nazirlikdə yeni təyinatlar edib-etməyəcəyi və sələfi Səfər Əbiyevin kadrlarını dəyişib-dəyişməyəcəyi maraqla gözlənilir.
AZXEBER.COM məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğludan münasibət öyrənib.E.Sabiroğlu bildirib ki, hazırda Müdafiə Nazirliyində hər kəs öz vəzifəsinin başındadır: “Hamı öz yerindədir və cənab nazirin əmr və tapşırıqlarını gözləyir”.