“Ümüdsiz gənclərin könüllüsü olaq!”

GƏNCLİK
10:20 01.04.2014
1227

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən IV qrant müsabiqəsi çərçivəsində “Ümüdsiz gənclərin könüllüsü olaq !” layihəsi çərçivəsində 1aprel saat 16:00 tarixində Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunda tədbir keçiriləcək.

AZADİNFORM xəbər verir ki, layihənin əsas məqsədi əlillərə, kimsəsizlərə, qocalara, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrübənin inkişaf etdirilməsidir. Layihə müddətində nəzərdə tutulmuş şəhərdə təhsil alan şagird və gənclərdən ibarət könüllü qruplar təşkil olunacaq və əlil, kimsəsiz uşaq və qocalar evlərinə ziyarət olunacaq.

OXŞAR XƏBƏRLƏR