“Müəllim əlavə iş görsün”, “uşaqpulu tənbəllik yaradır” – Bu deputatların açıqlamaları gündəmi dəyişib

“Müəllim əlavə iş görsün”, “uşaqpulu tənbəllik yaradır” – Bu deputatların açıqlamaları gündəmi dəyişib
SOSİAL
16:29 25.05.2026
904
Deputatların ictimai çıxışları zaman-zaman cəmiyyətdə narazılıq və geniş müzakirələrə səbəb olur. Bəzi hallarda isə səsləndirilən fikirlər sanki ictimaiyyətdə qıcıq və etiraz yaratmağa yönəlmiş kimi qəbul edilir. Bu cür açıqlamalar sosial şəbəkələrdə sürətlə yayılaraq geniş rezonans doğurur və ictimai rəyin gündəminə çevrilir.

Son olaraq Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər də ciddi müzakirələrə səbəb olub. Onun "uşaqpulunun valideynlərdə asılılıq və tənbəllik yarada biləcəyi” barədə açıqlaması müxtəlif reaksiyalarla qarşılanıb.

AZXEBER.COM müxtəlif dövrlərdə bəzi ifadələri ilə gündəmə gələn deputatların çıxışlarını bir araya toplayıb.

Elə çox uzağa getmədən, Günay Ağamalının mərhum atası, sabiq deputat Fəzail Ağamalının 2022-ci ildə bazardakı gilas qiymətlərinin baha olması ilə bağlı səsləndirdiyi fikirlər də gündəm olmuşdu. Onun "imkan edib yeni çıxan meyvələrdən ala bilmədim” açıqlaması cəmiyyətdə həm tənqid, həm də ironik reaksiyalar doğurmuşdu.

2016-cı ildə iqtisadi böhran dövründə sabiq deputat Hüseynbala Mirələmovun "Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye” açıqlaması da ciddi narazılıq yaratmışdı. Daha sonra o, dediklərinin zarafat olduğunu bildirmişdi.

 

Həmin ildə Milli Məclisin keçmiş deputatı Astan Şahverdiyevin Rusiyada işləyən azərbaycanlılarla bağlı işlətdiyi ifadələr də böyük qalmaqala səbəb olmuşdu. O, Rusiyaya işləməyə gedən vətəndaşları cəmiyyətin "otxodları” adlandırmışdı.

 

Sabiq deputat Hadı Rəcəblinin 2015-ci ildə müəllimlərlə bağlı verdiyi açıqlama da birmənalı qarşılanmamışdı. O bildirmişdi ki, "Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır”. Deputat daha sonra Lənkəranın Veravul kəndində yaşayan və həm müəllimlik, həm də ustalıq etdiyini dediyi bir şəxsi nümunə göstərmişdi.

 

Milli Məclisin sabiq vitse-spikeri Bahar Muradova isə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı "xalq ayağını yorğanına görə uzatsın və hökumətdən olan gözləntilərini sonraya saxlasın” sözləri ilə diqqət mərkəzinə düşmüşdü. O isə sonradan mediaya açıqlamasında belə bir fikir səsləndirmədiyini bildirib.

 

Milli Məclisin deputatı Siyavuş Novruzovun 2024-cü ildə "Quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər” açıqlaması da ictimai narazılıq yaratmışdı.

 

2018-ci ildə deputat Aqil Abbasın "evimin qarşısındakı marketə 300 manat borcum var” fikirləri də sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu.

 

Onun digər "Azərbaycanda 3 deputatı söyürlər: Fazil Mustafanı, Hadı Rəcəblini və məni” açıqlaması isə ictimaiyyətdə ironik reaksiyalar doğurmuşdu.

 

Müşahidələr göstərir ki, cəmiyyət xüsusilə sosial rifah, yaşayış səviyyəsi və gündəlik çətinliklərlə bağlı verilən açıqlamalara daha həssas yanaşır. Bu səbəbdən deputatların ictimai çıxışlarında istifadə etdiyi ifadələr təkcə siyasi yox, sosial reaksiyalara da səbəb olur.

 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif