"Təəssüflər olsun ki, "müəllim" və "ibtidai" sözlərini yaza bilməyən müəllimlər uşaqlarımıza dərs deyib".
AZXEBER.COM xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, ibtidai təhsilin keyfiyyətini artırmalıyıq:
"Təəssüflər olsun ki, "müəllim" və "ibtidai" sözlərini yaza bilməyən müəllimlər uşaqlarımıza dərs deyib. Düşünürəm ki, ibtidai təhsilin keyfiyyəti yerində deyilsə, yuxarı təhsilin kyfiyyətindən danışmağın mənası yoxdur. Əgər bir şeyin təməli yoxdursa, o təhsil möhkəm ola bilməz. Bizim böyük problemlərimiz ibtidai təhsildədir".