''Müəllimlərimizin əksəriyyəti pullu adamların uşaqlarını özlərinə cəlb etmək istəyir''

Bütün Xəbərlər
14:16 23.10.2012
1463
“Bəzi müəllimlər repetitorluğa can yandırırlar ki, onların hazırlaşdırdığı uşaqlar yüksək göstəricilərlə ali məktəblərə qəbul olsunlar”.Bunu təhsil naziri Misir Mərdanov Sabunçu rayonunun 252 saylı məktəbində “Müasir təhsil proqramlarının tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda bildirib.Nazir qeyd edib ki, həmin müəllimlərin bunda əsas məqsədi odur ki, pullu adamların uşaqları onların yanına gəlsinlər: “Müəllimlərimizin əksəriyyətinin paytaxtın mərkəzi məktəblərində dərs deməyə meyl etməsinin də səbəbi budur. Yəni pullu adamların uşaqlarını özlərinə cəlb etmək”.M. Mərdanovun sözlərinə görə, Sabunçu rayonundan ali məktəblərə daxil olanların sayının digər paytaxt məktəblərinə nisbətən aşağı olması bu rayonun sakinlərinin kasıb olması ilə bağlıdır: “Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, bu rayonun sakinləri kasıbdır. Yəni Sabunçuda yaşayan valideyn uşağını ali məktəbə hazırlaşdırmaq üçün 30 manat repetitora pul verir, nəticə də ürəkaçan olmur”.
//Lent.az
OXŞAR XƏBƏRLƏR