Müəllimlərin maaşı artacaq

Müəllimlərin maaşı artacaq
Bütün Xəbərlər
13:29 11.09.2014
5846
"Bakıda növbəti maliyyə ilində sınaq qiymətləndirilməsindən keçmiş hər bir müəllim bunun nəticələrini özünün əməkhaqqında hiss edəcək. Sınaq qiymətləndirilməsi keçirilməyən regionlarda müəllimlərin əməkhaqlarının artırılması məsələsi gündəmdə olmayacaq".AZXEBER.COM-un məlumatına görə, Trend xəbər verir ki, bunu Bakı şəhərinin təhsil işçilərinin sentyabr konfransında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.Onun sözlərinə görə, məktəb direktorunun vəzifələrindən biri məktəbdə dərs yükü bölgüsünün aparılması və optimallaşdırılmasına çalışmasıdır, lakin hazırkı mənzərə fərqlidir: "Belə ki, bir çox müəllimlərin dərs yükü 1 stavkadan da aşağıdır. Belə olan halda əməkhaqqının artırılmasının nə faydası? Ona görə də biz onun tərəfdarıyıq ki, əvvəlcədən dərs yükü optimallaşdırılsın, reallığı əks etdirsin. Bunun ardınca dərs saatının pul dəyəri qalxsın. Sınaq qiymətləndirilmə bununla bağlı ilk addım idi".
OXŞAR XƏBƏRLƏR