Müəllimlərin yerdəyişməsi ilə bağlı vakansiya seçiminə başlanılır
SOSİAL
20:34 22.05.2026
438
Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır.
AZXEBER.COM xəbər verir ki, 23 may saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.
Müsabiqə üzrə vakansiya seçimi 26 may saat 11:00-dək davam edəcək. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.
Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləmək tövsiyə olunub.