Müğənni Elton Röya ilə Aygün arasında seçim etdi

MAQAZİN
16:00 07.09.2012
2755
Uzun müddətdir mediada görünməyən müğənni Elton Hüseynəliyevdən xəbər var.
AZXEBER.COM-un məlumatına görə, müğənni Elton Hüseynəliyev xalq artisti Aygün Kazımova ilə birlikdə duet oxumağa hazırlaşır. Amma Elton bu dueti oxumaq üçün Aygün Kazımova və Röya arasında seçim etməli olacaq.Çünki Elton Aygün Kazımovaya duet təklif etməzdən qabaq Röyaya edib. Röyanın “hə” cavabı gec gəldiyinə görə Elton Aygün Kazımovaya müraciət edib. Və xalq artistindən yerindəcə “hə oxuyaq” cavabı alıb. Ondan sonra da Röyadan “hə” cavabı gəlib, amma Eltonun seçimi Aygün Kazımova olub. Artıq duet mahnısı yazılır və tez bir zamanda dinləyicilərə təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR