Müğənni Nura ATV-nin cavabını verdi

Müğənni Nura ATV-nin cavabını verdi
MAQAZİN
13:44 01.08.2012
4370
 Bu həftə ATV-də yayımlanan "Onlar" verilişində qəribə bir hadisə baş verdi. Belə ki, Mila adlı səhnəyə yeni atılmlş müğənni əlbəttə ki, asan yolla populyarlaşmaqdan ötrü həmkarlarının ünvanına söz atdı. O, əsasən Nuranı ağ yuyub, qara sərdi. Mila üçün bu şəraiti yaratmış "Onlar" verilişi isə onu yerdən göyə qədər təriflədi. Bircə mahnının ifaçısı olmuş bu xanımı nədənsə həddindən artıq qabartdılar. Milanın dilincə desək, "seksi-pepsi" müğənnini qaldırıb göyün yeddinci qatına qoydular. Sən demə, "Arxiv"in məqsədi varmış! Bu verilişin işçiləri dost veriliş olan "Onlar"ın vasitəsilə Nuradan qisas almaq istəyiblərmiş. Beləcə, bir güllə ilə iki quş vurmaq qərarına gəliblərmiş!Nura Suridən əldə etdiyimiz məlumata görə, bu "Onlar" və "Arxiv" verilişlərinin əməkdaşları tərəfindən hazırlanmış qərəzli süjetdir. Belə ki, Nuranı ikinci dəfə verilişə dəvət edən "Arxiv" onun rədd cavabından möhkəm əsəbiləşib və nəticədə müğənnini rüsvay etmək qərarına gəlib. "Milanın heç bir günahı yoxdur. Bu, sifarişli süjet idi. Səbəbini də bildiniz. Amma "Onlar" verilişinin mənə qarşı bu addımını heç cür başa düşə bilmədim. Həmçinin Röyaya olan sərt addımı da anlamadım. Eybi yoxdur, gec-tez haqq yerini tapacaq", - deyə açıqlama verən N.Suri hər iki veriliş haqda heç bir ölçü götürmək niyyətində olmadığını da vurğuladı:- Mənə yaxınlarım dəfələrlə dedilər ki, Facebook səhifəmdə bu məsələ ilə bağlı statusu silim. Amma oxuculara açıqlama verməyi özümə borc bildiyim üçün silmədim. Və efirdə də o qızın cavabını vermədim, vermək fikrim də yoxdur, bu, onun üçün böyük reklam ola bilər.Bəli, həqiqətən də düz deyiblər ki, əgər şou-biznes aləmində tez bir zamanda populyarlaşmaq istəyirsənsə, ya gərək aşıq-saçıq geyinəsən, ya da onun-bunun bostanını daşlayasan. Necə ki, Mila da bu şüara üstünlük verdi və artıq çoxları tərəfindən tanınmağa başladı. O, bircə mahnısı ilə tez bir zamanda "solo-konsert" verdi, dostları sağ olsunlar, gəlib salonu doldurdular. Əgər belə davam etsə, mahnılar yazdırıb, albom-filana ehtiyac qalmayacaq. Bir-iki aya Milanın H.Əliyev adına Sarayda konsert verəcəyini eşitsəniz, heç də təəccüblənməyin. Yox, əgər bilet almağa imkan etməsəniz, yenə də narahatçılığa gərək qalmayacaq. Çox güman ki, biletlər pulsuz paylanılacaq. Bu vasitə ilə də konsertdə iştirak edə bilməsəniz, yenə də nigaran qalmayın. Milanın reklamı ilə məşğul olan "Onlar" və "Arxiv" verilişləri uzun-uzadı bu konsertin "səs-sorağından" bəhs edəcəklər...Könül Aypara
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prokurorluğun veteranı vəfat etdi
19:42 26.07.2026
Prokurorluğun veteranı vəfat etdi
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
19:32 26.07.2026
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
19:18 26.07.2026
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
19:04 26.07.2026
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb