Müğənni Nuranın əri ona qarşı şok ittihamlar irəli sürdü - MƏTN

Müğənni Nuranın əri ona qarşı şok ittihamlar irəli sürdü - MƏTN
ŞOU-BİZNES
12:59 08.09.2011
2479

Əlirza Suri: “Aynurə xanımın mənim soyadımı daşımasını istəmirəm” İran İslam Respublikasının vətəndaşı Suri Əlirza Məhəmməd oğlu (Tehran şəhəri, Vəliəsr prospekti, ev 8) “Olaylar” İnformasiya Agentliyinə məktubla müraciət edib. Müraciətdə deyilir: “Hörmətli redaksiya! Mən Amerika Birləşmiş Ştatlarında anadan olmuş, burada orta və ali təhsil almış və bundan sonra İrana köçərək orada yaşamağa başlamışam. Yeri düşmüşkən, fəxrlə qeyd etməliyəm ki, mən dünya siyasətinin nəhənglərindən biri, Azərbaycan xalqının xilaskarı və müasir Azərbaycanın yaradıcısı ulu öndər Heydər Əliyevin 50 yaşı tamam olan gün – 1973-cü ilin may ayının 10-da Vaşinqtonda doğulmuşam. Bir müddət Tehranda dövlət qulluğunda kiçik bir vəzifədə işlədikdən sonra 1995-ci ilin axırlarında Birləşmiş Ərəb Əmirliklərinə - Dubaya üz tutdum, burada bir şirkət təsis edərək bizneslə məşğul olmağa başladım. Birinci il biznes fəaliyyətimi qismən uğurlu hesab etmək olardı. Üstəlik həmin vaxt mən vərəsəlik hüququ əsasında 250.000 dollar məbləğində böyük bir sərvətə də sahib oldum. Lakin Dubayda Azərbaycandan olan Kazımova Aynurə Qəzənfər qızı ilə tanışlığım bütün həyatımı alt-üst etdi. Ülvi bir sevgi həsrətli gənc olduğumdan bu xanımın məkrli hiylələrindən çox gec xəbər tutdum. Həmin vaxt mən artıq bütün pullarımı Aynurə üçün xərcləmişdim. Bakının mərkəzində 3 mənzil almış və Aynurənin şıltaqlıqlarını ödəmişdim. Bu səbəbdən şirkətim böyük ziyanlara məruz qaldı. Aynurə isə rəsmi qaydada evlənməmizdən artıq 2 ay sonra Azərbaycan dilini bilməməyimdən və səmimiyyətimdən sui-istifadə edərək birinci nikahından olan uşağının doğma atasından xəbərsiz mənim övladlığıma verilməsinə nail oldu. 2000-ci ilin martında oğlumuz doğulandan sonra isə pulumun tükənməsi Aynurənin əsil iç üzünü tədricən göstərməyə başladı. Bir müddət sonra başa düşdüm ki, bu xanımla ailə qurmaqla dəhşətli dərəcədə yanlış bir addım atmışam. Ona görə də 2001-ci ildə boşanmağa görə məhkəməyə ərizə verdim. Aynurə isə məndən 2 uşağa görə nə az, nə də çox təxminən 650.000 dollar aliment tələb etdi. Uzun müddət davam edən məhkəmə prosesləri bununla sonuclandı ki, heç bir gəlirim olmadığına və valideynlərimin himayəsində yaşadığıma baxmayaraq, hər bir uşağa görə ayda 150 dollar, cəmi 300 dollar aliment verməliyəm. Daha bir məhkəmə qərarı ilə də Aynurənin adına aldığım mənzillərin ən ucuz bir mənzili mənə verildi, qalan 2 bahalı mənzil isə Aynurədə qaldı. Lakin çox çəkmədi ki, məhkəmələrdə Aynurəyə havadarlıq edən şəxslərin köməyi ilə həmin mənzil də aliment hesabına məndən alınaraq Aynurəyə verildi. 2009-cu ildə mənə məlum oldu ki, mənim övladlığıma verilmiş uşağın doğma atası məhkəmə yolu ilə övladlığa verilməni etibarsız hesab etdirərək uşağa olan hüquqlarını bərpa etdirmişdir. Ona görə də mən alimentin miqdarının azaldılması üçün məhkəməyə müraciət etdim, lakin 2 ilə yaxın davam edən proseslər onunla nəticələndi ki, mən 2001-ci ildən başlayaraq bir uşağa görə ayda 400 dollar aliment ödəməliyəm. Təsəvvürünüzə gətirirsiniz? 2 uşağa görə 300 dollar ödəyirdim, indi isə 1 uşağa görə 400 dollar!!! Belə ziddiyyətli qərarların hansı məntiq və hansı mülahizələrə görə qəbul olunmasının səbəbini bilmirəm. Son qərarın ədalətsiz olmasına isə heç bir şübhəm yoxdur. Məhkəmələr faktiki olaraq məni əsassız olaraq 30.000 dollar cərimələyiblər. Ona görə də mən Azərbaycan Respublikasının Prezidenti Zat-Aliləri cənab İlham Əliyevə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayevə rəsmi qaydada müraciət etmişəm ki, bu işdə ədalətsiz qərarların dəyişdirilməsi üçün köməklik göstərsinlər. Təəssüf edirəm ki, 10 ildən artıq bir müddətdir ki, cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində yüksək iqtisadi inkişafa nail olmuş və dünya əlkələri sırasında məhz bu iqtisadi yüksəlişə görə tanınmış Azərbaycanla məni yalnız məhkəmə prosesləri bağlayır. Amma başqa yolum yoxdur. Hüquqlarının pozulduğunu bilən və özünə hörmət edən hər bir kəs məhkəməyə müraciət etməli və pozulmuş hüquqlarının bərpa olunmasını tələb etməlidir. Mən Aynurə xanıma qarşı yeni tələblərlə məhkəmələrə ərizələrlə müraciət etmişəm. Bu tələblərimdən biri ondan ibarətdir ki, mən öz övladımla mütəmadi olaraq ünsiyyətdə olmaq istəyirəm. Bu barədə müvafiq məhkəmə qərarı olmasına baxmayaraq son illər Aynurə xanım süni maneələr yaradaraq mənə uşağımla görüşməyə imkan vermir. Digər tələbim isə şərəf və ləyaqətimin müdafiəsi ilə bağlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Mövcud qanunvericiliyin digər bir tələbinə görə isə dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar qanuna uyğun olaraq məhdudlaşdırıla bilər. Fikrimi yəqin ki, anladınız. Bəli, mən Aynurənin mənim soyadımı – Suri soyadını daşımağına qəti etiraz edirəm! Yazılmamış qanunlara əsasən bütün dünyada qəbul olunub ki, nikah pozulduqda ər-arvad bir qayda olaraq nikahdan əvvəlki soyadlarını bərpa edirlər. Bununla da həmin şəxslər özlərinə qarşı olan hörmət və ehtiramı nümayiş etdirirlər. Buna minlərlə misal göstərmək olar. Amma nədənsə Aynurə xanım həmişə keçmiş ərlərinin soyadını daşımağa üstünlük verib. Ona doğma atasının soyadını daşımağa nə mane olur? Mənim hər bir kəsə və hər bir soyadına böyük hörmətim var. Soyadıma hər hansı bir üstünlük vermək fikrim də yoxdur. Aynurəni tanıdığım vaxtdan indiyə qədər onun bütün hərəkətlərinə, o cümlədən ləyaqətə xələl gətirə bilən hərəkətlərinə dözmüşəm. İndi isə bu xanımın son hərəkətləri çox həssas bir məqama toxunduğundan dözmək fikrim yoxdur. Məsələ burasındadır ki, son illər Aynurə internet saytlarında Nura Suri adı altında yarıçılpaq fotoşəkillərini yerləşdirir, seksi ulduz müsabiqələrinə qatılır, üstəlik fasebookdakı profilində mənim razılığım olmadan fotoşəkillərimi nümayiş etdirir. Ola bilsin ki, Aynurə xanım evində böyüyən və gələcəyin kişisi olacaq 3 oğlan uşağından, ata-anasından, müqəddəs ana adından utanmır. Amma onun bu hərəkətləri mənim ailəmi, İslamın namuslu və qeyrətli bəndələri olan valideynlərimi tanıyan hər bir kəsin qarşısında şərəf və ləyaqətimə toxunur. Aynurənin evində bu gün damarlarında mənim qanımın axdığı bir oğlan böyüyür. Mən əminəm ki, o oğlan yetkinlik yaşına çatandan, özünü və məni bir kişi kimi tanıyandan sonra anasının Suri soyadını daşımasına qəti etiraz edəcək. Ona görə də ailəmə, övladıma və valideynlərimə hörmət əlaməti olaraq, istəyirəm ki, Aynurə mənim soyadımı yox, onu boya-başa çatdıran, ona bu tərbiyəni verən atasının soyadını daşısın. Hesab edirəm ki, mənim yerimdə olan hər bir kişi belə iddia ilə çıxış edərdi. Suri Əlirza Məhəmməd oğlu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir