Müğənninin evindən oğurluq edən şəxsə hökm oxunub

Müğənninin evindən oğurluq edən şəxsə hökm oxunub
Bütün Xəbərlər
17:26 06.03.2014
1092
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Niyaməddin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə N. Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N. Əliyev müğənni Pərvin Lətifovun evindən də oğurluq edib. 2 dəfə məhkumluq həyatı yaşayan N. Əliyev bir neçə mənzildən oğurluq edib.
O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunub.
OXŞAR XƏBƏRLƏR