Mühafizə polisi iddialara cavab verdi

Mühafizə polisi iddialara cavab verdi
Bütün Xəbərlər
11:09 29.11.2012
6968
“Azadlıq” qəzetinin dünənki sayında DIN-in Baş Mühafizə Idarəsi ilə bağlı həmin qurumda çalışan Orxan adlı polis serjantının müraciəti dərc edilmişdi. 
Onun yazdığına görə, qurumda əmək haqları gecikdirilir, daxil olan vəsaitlər təyinatı üzrə xərclənmir, əməkdaşlar nöqsana yol verdikdə onlardan rüşvət tələb edilir və s. Baş Mühafizə Idarəsinin rəis müavini, polis polkovniki Daşqın Mehdiyevin polis serjantının iddialarını cavablandırıb.
O, cavabını yazılı şəkildə “Azadlıq”a ünvanlayıb. Daşqın Mehdiyev bildirir ki, polis serjantının söylədikləri həqiqəti əks etdirmir. Onun cavabını ixtisarla təqdim edirik: “DIN-in Baş Mühzafizə Idarəsi və onun struktur hissələri Nazirlər Kabeintinin müvafiq qərarına əsasən özünü maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir, mülkiyyətçlərlə bağlanmış müqavilələr əsasında alınan vəsaitlər hesabına saxlanılır. Əməkdaşlara əmək haqlarının, geyim formalarının verilməsi, mühafizə xidmətinin maddi texniki bazasının möhkəmləndirilməsi bağlanmış müqavilələr əsasında əldə etdiyimiz vəsaitlər hesabına həyata keçirilir. Əməkdaşların və mülki işçilərin əmək haqları Nahzirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunur və buna uyğun olaraq göstərilən mühafizə xidmətlərinin tarifləri müəyyən edilir. Tariflərə uyğun müqavilələr bağlanılır və obyektlərin mühafizəsi təmin edilir. Mühafizə olunan daxil olan vəsait təyinatı üzrə istifadə olunur...
...DIN-in Baş Mühafizə Idarəsində və onun tabeliyində olan mühafizə hissələrində əmək haqlarının gecikdirilməsi hallarına yol verilmir. Mühafizə xidməti göstərilmiş ayın sonundan etirabən mühafizə olunan obyektlərdən mühafizə hissələrinin hesabına vəsait daxil olmağa başlayır və əmək haqqına kifayət edəcək vəsait yığıldıqdan sonra növbəti ayın 10-na qədər əmək haqları əməkdaşların bank hesabına köçürülür və onlar tərəfdən plastik kart vasitəsilə bankomatlardan çıxarılır...
...Obyektlərin etibarlı mühafizəsi və ictimai asayişin qorunmasını təmin etmək məqsədilə baş mühafizə idarələri və yerli mühafizə hissələri tərəfindən normativ hüquqi aktların tələblərinə uyğun olaraq xidmət aşkar və qeyri-aşkar şəkildə yoxlanılır və qəbahətə yol verən əməkdaşlar intizam məsuliyyətinə cəlb olunurlar. Belə hallara görə intizam pozuntusuna yol vermiş əməkdaşlardan pul tələb edilmir".
OXŞAR XƏBƏRLƏR