Mühərrik yağları yenidən bahalaşdı - VİDEO

Mühərrik yağları yenidən bahalaşdı - VİDEO
SOSİAL
22:10 01.06.2026
504
Yaxın Şərqdə baş verənlərə görə, əvvəlcə 20 faizə qədər artan qiymətlər indi daha 30 faiz yüksəlib.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət ölkəyə idxal edilən avtomobil mühərrik yağlarından gedir.

Bu yağlar qısa müddətdə yenidən kəskin bahalaşıb. Bazarda bəzi məhsullar üzrə qiymət artımı artıq 30 faizə çatır. Mütəxəssislər deyirlər ki, Yaxın Şərqdə baş verən hadisələr və beynəlxalq daşımalarda yaranan çətinliklər qiymətlərə birbaşa təsir göstərir.

Ekspert Aftil Əliyev deyir ki, bahalaşma yalnız Avropa mənşəli məhsullarda müşahidə edilmir, Rusiya istehsalı olan mühərrik yağlarında da qiymət artımı var.  

Mütəxəssis bildirir ki, bölgədə vəziyyət sabitləşməzsə, qarşıdakı aylarda yeni qiymət artımları da istisina edilmir.

OXŞAR XƏBƏRLƏR