Multikultiralizm Azərbaycanda həyat tərzinə çevrilib

MƏDƏNİYYƏT
16:03 18.09.2020
287

Əsrlər boyu tolerantlığı ilə dünyaya örnək olan Azərbaycan bu gün də insani dəyərlərə, hüquqlara ən yüksək səviyyədə hörmət bəslənilən ölkə kimi tanınmaqdadır. Bütün bunların əsasında azərbaycanlıların hər zaman digər xalqların nümayəndələri ilə qardaşlıq, dostluq münasibətləri çərçivəsində birgə yaşaması dayanır. Xalq olaraq digər azsaylı xalqlara, onların adət-ənənələrinə, tarixinə hörmətlə yanaşmış və onlara qarşı ayrı-seçkilik nümayiş etdirməmişik.

Heydər Əliyevin hakimiyyətə qayıdışı və həyata keçirdiyi müdrik siyasət tolerantlıq ənənələrinin qorunması və daha da geniş inkişaf etməsi üçün əlverişli şərait yaratdı. İndiki dövrdə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə daha da inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm bir istiqaməti kimi təqdim edir.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm Azərbaycanın həyat tərzinə çevrilib. Bunu ölkəmizdə yaşayan və Azərbaycanı öz doğma vətəni hesab edən hər bir azsaylı xalqın, dinin nümayəndəsi də təsdiq edir. Azərbaycan tarixən digər xalqların pənah gətirdiyi, yaşadığı ölkələrdəndir. Buna dair bir neçə misalı göstərmək olar. Belə ki, yəhudilər Azərbaycan ərazisinə e.ə. VI əsrdə gəliblər. Hazırda ölkəmizdə yəhudilərin dini ibadət yeri olan 7 sinaqoq və səkkiz yəhudi dini icması fəaliyyət göstərir. Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, 2011-ci ildə dağ yəhudilərinin sinaqoqu dövlət hesabına inşa olunmuşdur. Hazırda respublikamızın müxtəlif şəhər və qəsəbələrində minlərlə yəhudi yaşamaqdadır. Bundan əlavə, iki ümumtəhsil yəhudi məktəbi fəaliyyət göstərməkdədir. Müstəqilliyimizin bərpa olunmasından sonra ölkəmizdə yaşayan milli azlıqların, o cümlədən yəhudilərinin həyatında yeni mərhələ başlayıb. Milli azlıqların hüquq və azadlıqlarının qorunmasına, onların mədəniyyətinin, dilinin inkişafına dövlət səviyyəsində dəstək verilməsi yəhudi icmaları qarşısında yeni imkanlar açıb. İcmalar dövlət qeydiyyatından keçərək sərbəst fəaliyyət göstərir, yeni dini ibadət yerləri, sinaqoqlar tikir, milli mərasim və bayramlarını qeyd edirlər.

Məhz 16 sentyabr tarixində Prezident İlham Əliyev  Azərbaycanın yəhudi icmasına yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik məktubu ünvanlayıb. Ölkə Prezidenti bildirib ki, xeyirxahlığı, mənəvi dirçəlişi və yeni həyatı təcəssüm etdirən Roş-Ha-Şana münasibətilə bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram: "Zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu yəhudilər digər xalqların və dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamışlar. Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir.

Cəmiyyətdə demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti bütün etnik azlıqların, o cümlədən yəhudi icmasının mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır.

Təqdirəlayiq haldır ki, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirak edən yəhudi əsilli həmvətənlərimiz, harada yaşamalarından asılı olmayaraq, Azərbaycana sevgi və sədaqətlərini daim nümayiş etdirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verirlər”.

Xristianlığa gəlincə, bu din Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. Hazırda respublikamızda 12 kilsə fəaliyyət göstərir və ölkəmizdə yaşayan xristanların sayı 200.000-dən artıqdır. Onlar ümumi əhalinin təxminən 2 faizini təşkil edirlər. Azərbaycanda xristianlığa etiqad edənlər əsasən rus, udi, yunan, gürcü, belarus və s. millətlərin nümayəndələridir.

Müstəqil Azərbaycanda müsəlmanlar ölkə əhalisinin 96 faizini təşkil edirlər. İslam dini ölkəmizdə təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda, xalqımızın mədəniyyətinin tərkib hissəsidir. Odlar ölkəsində İslam hələ VII əsrdə yayılmağa başlamışdır. Ölkəmizdə nə tarixən, nə də müasir dövrümüzdə məzhəblərarası qarşıdurma baş verməyib. Bütün bunlar ondan irəli gəlir ki, biz öz dini dəyərlərimizə də hörmətlə yanaşmağı bacarırıq. Təsadüfi deyil ki, respublikamızda 2250 məscid fəaliyyət göstərir. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə imzaladığı sərəncamlara əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,5 milyon manat ayrılması dövlətimizin din sahəsinə diqqət və qayğısının bariz nümunəsidir.

Dövlətin və ölkə rəhbərliyinin Azərbaycanda mövcud olan bütün dinlərə göstərdiyi bərabər münasibət, dinlərarası əlaqələrin təkmilləşməsinə və bu münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına səbəb olur. Bununla bağlı Prezident İlham Əliyev 2014-cü ildə Bakıda Heydər məscidinin açılışında demişdir: "Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”. /// ikisahil

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:51 30.10.2020

Cenevrə görüşü mətbuata qapalı olacaq

13:49 30.10.2020

Erməni terroru nəticəsində valideynsiz qalan körpələrin səsi - VİDEO

13:26 30.10.2020

Daha dörd rayonda 22 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verildi - FOTO

13:10 30.10.2020

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

13:09 30.10.2020

Fransa yenidən sərt karantin rejiminə qayıdır

12:59 30.10.2020

Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər - FOTO

12:55 30.10.2020

Pandemiyanın daha tez başa çatacağı ölkə açıqlanıb

12:40 30.10.2020

Türkiyənin baş naziri olmuş tanınmış siyasətçi vəfat etdi

12:39 30.10.2020

Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu - VİDEOREPORTAJ

12:13 30.10.2020

Vətən Müharibəsinin ilk qadın şəhidinin anası: “Dedi, mənə bir şey olsa, uşaqlarım sənə əmanət” - VİDEO

12:01 30.10.2020

Qubadlı ərazisi Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ

11:52 30.10.2020

Uşaq bağçalarının fəaliyyətinin dayandırılması nə vaxta qədər davam edəcək? - RƏSMİ

11:45 30.10.2020

Tədris ilinin müddətinin azaldılması nəzərdə tutulur? - RƏSMİ

11:41 30.10.2020

AŞPA komitəsinin sədri: “Bərdə şəhərinə edilən hücumlar faciədir”

11:35 30.10.2020

Təhsil naziri müəllimlərin “WhatsApp”da dərs keçməsindən danışdı

11:33 30.10.2020

Hikmət Hacıyev: “Danışıqlar prosesi o zaman uğurlu olar ki, normal danışıqlar apara biləcəyiniz tərəf olsun”