“Ümummilli lider haqqında” qanun qəbul olunmalıdır”

“Ümummilli lider haqqında” qanun qəbul olunmalıdır”
Bütün Xəbərlər
12:33 04.11.2011
1560
Milli Məclisin deputatı Rəbiyyət Aslanovanın fikrincə, Azərbaycanda “Ümummilli lider haqqında” qanunun qəbul olunması olduqca vacibdir. Bununla bağlı açıqlamasında millət vəkili bildirib: “Çünki bir sıra dövlətlərdə dövləti quran insanlarla bağlı qanun qəbul olunub. Ümummilli lider o şəxsiyyətə deyilir ki, dövlətin qurulmasında, yaşamasında və dünya miqyasına çıxarılmasında əvəzolunmaz xidmət göstərir. O, müstəqil dövlət quruculuğunda müstəsna xidmətə malik olan bir şəxsdir. Belə qanun bu mənada qanunvericilikdəki boşluğu doldurmaq, gələcək nəsillərin örnək olaraq kimə müraciət etmək baxımından çox zəruridir. Bu, həm də statusun Azərbaycan gerçəkliyində formalaşması olacaq. Heydər Əliyev digərlərindən fərqli olaraq dövlət qurub, onun oturuşmasında müstəsna xidmət göstərib. Ona görə də sabiq prezidentlərlə bağlı qanun qəbul edildikdən sonra “Ümummilli lider haqqında” qanunun qəbul edilməsi tarixi zərurətdir”.
OXŞAR XƏBƏRLƏR