Ümummilli lider Heydər Əliyevin yubileyi Niderlandda da qeyd edildi

Ümummilli lider Heydər Əliyevin yubileyi Niderlandda da qeyd edildi
Bütün Xəbərlər
19:25 11.05.2013
863

Niderland Krallığının Rotterdam şəhərində Gənc İşgüzar Azərbaycanlıların Avropa Təşkilatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Belçika nümayəndəliyinin maliyyə dəstəyi ilə ümummilli lider Heydər Əliyevin doğum günü və 90 illik yubileyinə həsr olunmuş ziyafət təşkil edib.

AZXEBER.COM-un məlumatına görə, ziyafətə Niderland, Belçika və Almaniyadan iş adamları, Rotterdam Universitetinin professor və müəllim heyəti, tələbələr və rəsmi dövlət nümayəndələri qatılmışlar.

Qonaqlara ilk öncə ulu öndər Heydər Əliyevin həyat yolundan bəhs edən sənədli film nümayiş etdirilmişdir. Filmdə Heydər Əliyevin Sovet dövrü və müstəqillik illərindəki fəaliyyəti işıqlandırılmış, hakimiyyətdə olduğu bütün dövr ərzində xalq qarşısında göstərdiyi müstəsna xidmətlər vurğulanmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə isə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və xalqı vahid bir azərbaycançılıq ideya ətrafında birləşdirmişdir.

Daha sonra çıxış edən natiqlər qeyd etmişlər ki, Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Bakı–Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir. Tədbirdə o da vurğulanmışdır ki, hal-hazırda Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq arenada uğurlu fəaliyyəti məhz Heydər Əliyev neft strategiyasının danılmaz bir davamıdır.

Sonda tədbir iştirakçılarına Heydər Əliyev haqqında müxtəlif xarici dillərdə çap olunmuş kitablar, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətini əks etdirən kitabçalar, o cümlədən ölkəmizi təmsil edən suvenirlər və fərqli hədiyyələr verilmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
20:07 21.06.2025
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
19:54 21.06.2025
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
19:45 21.06.2025
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
19:34 21.06.2025
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
19:20 21.06.2025
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
19:09 21.06.2025
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
19:06 21.06.2025
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
18:59 21.06.2025
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
18:46 21.06.2025
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
18:37 21.06.2025
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Cekson görünüşünə görə kompleks yaşayırmış
18:18 21.06.2025
Cekson görünüşünə görə kompleks yaşayırmış
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
18:05 21.06.2025
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
17:57 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
17:53 21.06.2025
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
17:42 21.06.2025
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
Qabiliyyət imtahanlarına start verildi
17:33 21.06.2025
Qabiliyyət imtahanlarına start verildi