''Münaqişə mənim Bakıda işlədiyim müddətdə həllini taparsa, dünyanın ən xoşbəxt adamı olaram''

Bütün Xəbərlər
08:07 15.10.2012
952
“Amerika Birləşmiş Ştatlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi açıqdır. Biz problemin sülh yolu ilə həllinin tərəfdarıyıq”.
AZXEBER.COM-un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ANS telekanalında “Hesabat” proqramına müsahibəsində deyib. O, Azərbaycanda səfir işlədiyi müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini anladığını bildirib: “Mən burada olduğum altı həftə ərzində hiss etdim ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqı üçün çox ağrılı məsələdir”.Riçard Morninqstar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrpunun həmsədrləri ilə sıx əməkdaşlıq edəcəyini də deyib: “Eyni zamanda, mən Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri ilə münaqişənin həlli ilə bağlı yeni yaradıcı ideya və yanaşmaların ortaya qoyulması üçün işləyəcəm. Münaqişə mənim Bakıda işlədiyim müddətdə həllini taparsa, dünyanın ən xoşbəxt adamı olaram”.ABŞ səfiri bəyan edib ki, Ağ ev münaqişənin Helsinki Yekun Aktına uyğun həllinə tərəfdardır: “Burada söhbət ərazi bütövlüyü, güc tətbiq etməmək və bununla hədələməmək, xalqların öz müqəddəratını təyin etməsi hüququndan gedir”.
OXŞAR XƏBƏRLƏR