"Münaqişəni bir gecəyə nizamlamaq mümkün deyil"

"Münaqişəni bir gecəyə nizamlamaq mümkün deyil"
Bütün Xəbərlər
19:58 05.10.2011
1253
Dağlıq Qarabağın statusu erməni və Azərbaycan icmaları ilə birgə müəyyən olunmalıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın ərəb dilində yayımlanan RT telekanalına eksklüziv müsahibəsində deyib. "Biz ilk növbədə bunun üçün şərait yaratmalıyıq. Ərazilərin işğal altında olduğu bir vaxtda erməni tərəfinin israrla bəyan etdiyi statusun könüllü şəkildə müəyyənləşdirilməsi haqda danışmaq mümkün deyil. Azərbaycan işğal olunmuş ərazilər və qaçqınlar kontekstində əziyyət çəkən ölkə kimi bu prosesin ölü nöqtədən tərpənməsinin böyük tərəfdarıdır", - deyə nazir vurğulayıb.
OXŞAR XƏBƏRLƏR