"Ay bütün günü Əqrəb bürcündə səyahət edəcək".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bunu türkiyəli astroloq Dinçer Güner sosial media hesabında etdiyi paylaşımda qeyd edib.
Paylaşımda bildirilib:
" Duyğular dərinləşə və dərinliklərdə fırtınalar qopa bilər. Bu, daha emosional və daxili sorğu-sual dövrünə səbəb ola bilər. Hər şeyi açıq danışmaq istəməyə bilərsiniz. Hisslərimizi gizlətməyə meylli ola, onları dərin bir yerə basdıra bilərik.
İntuisiyamız da bu dövrdə az qala detektiv kimi işləyəcək. İnsanların nə hiss etdiyini və bir şeyin yaxşı olub-olmadığını daha asanlıqla anlaya bilərik.
Qısqanclıq, sahiblənmək və nəzarət etmək istəyi arta bilər. Ona görə də bu günlərdə münasibətlərdə qəfil gərginliklər, emosional partlayışlar və ya səssiz incikliklər ola bilər. Ancaq digər tərəfdən, biz həm də öhdəlik və sadiqlik üçün sınaqdan keçə bilərik.
Ay Əqrəb bürcündə olarkən investisiyalar, əmanətlər, borclar kimi məsələlər ön plana çıxa bilər. Birgə fondlara, miraslara, sığorta və vergi işlərinə baxmaq üçün uyğundur".
Oksana