Murad Arif sosial şəbəkə paylaşımında etnik kimlik və millilik mövzusuna dair fikirlər səsləndirib.
AZXEBER.COM xəbər verir ki, sənətçi bildirib ki, dünyada elə ölkələr var ki, ən böyük etnik qrup özünü açıq şəkildə etnik adı ilə ifadə etməkdə çətinlik yaşayır və bu mövzu bəzən ictimai müzakirələrdə mübahisə doğurur.
Onun sözlərinə görə, bəzi hallarda "türk” kimliyini vurğulamaq müxtəlif damğalanmalara səbəb kimi qəbul edilir:
"Yeganə ölkədir ki, ölkədə yaşayan ən böyük etnos özünə "türk" deməyə peşmandır. Hamı özünü adı ilə çağırır, bircə türklərdən başqa. "Türk" deyəndə də olursan, millətçi, faşist, separatist... Hər kəs öz millətini sevəndə, tarixininin, mədəniyyətinin təbliğatını aparanda problem olmur, etnik olaraq türk olan biri bunu edəndə avtomatik olaraq irqçi damğası yeyir".
O, eyni zamanda etnik kimliyin ayrıca bir anlayış olduğunu vurğulayaraq, insanların həm vətəndaş, həm də etnik kimliyə sahib ola biləcəyini bildirib:
"Azərbaycanlı" siyasi termindir, vətəndaşlığını ifadə edir. Hamımız "azərbaycanlı" adı altında vətəndaş kimliyinə sahibik. Türk də, talış da, tat da, udin də, ləzgi də, rusumuz da, yəhudimiz də azərbaycanlıdır. Axı bir də etnik kimlik var! Mən hamı kimi azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam, bəli. Amma milliyətcə türkəm".
Aysel











































