Murad Dadaşov: "Biz indiyə qədər "Xəzər"ə baxmayan tamaşaçıları cəlb etdik..." - VİDEO

Murad Dadaşov: "Biz indiyə qədər "Xəzər"ə baxmayan tamaşaçıları cəlb etdik..." - VİDEO
MEDIA
23:17 05.10.2022
488
Bu gün "Xəzər" televiziyasının 15 yaşı tamam olur. 

Düz 15 il öncə çox məhdud maddi-texniki baza ilə yola çıxan bu kanal indi Azərbaycan televiziya məkanında ilk sıralarda yer alır.

Qayıdaq 15 il əvvələ... Azərbaycan teleməkanında "Xəzər" adlı kanalın yarandığı 2007-ci ilə...

Üçmərtəbəli kiçik bir binada oturub, çox məhdud texniki baza ilə işə başlayan heyətə hədsiz böyük işlər tapşırılmışdı. Hər kəs əldə olan imkanlar ilə tamaşaçılar üçün ən baxımlı xəbər və verilişləri hazırlamalıydı.

Ötən illərdə, keçən zamanda isə "Xəzər" çox dəyişdi. Elə yaradıcı heyət və əməkdaşları da...

15 yaş el dilində həm də yubiley yaşı kimi qəbul olunur. "Xəzər" əməkdaşları bu günü daha sadə, çox sakit və "Xəzər" tamaşaçısına sadiq bir formada qeyd etdi.

"Xəzər" yeni və möhtəşəm binası, çox güclü komandası ilə böyük uğurlara imza atmaqda davam edir. Amal, istək, niyyət birdir, elə ona görə də 1 milyondan çox izləyicisi olan youtube kanalında, reytinq cədvəllərində, ən əsası tamaşaçıların ürəyində ən gözəl yerdədir.
 

OXŞAR XƏBƏRLƏR