AZXEBER.COM xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Avstriyanın "Zalsburq” komandasına qarşı keçirilən görüşün 82-ci dəqiqəsində meydançaya daxil olub və cəmi 2 dəqiqə sonra fərqlənməyi bacarıb.
Murad Məmmədov vurulan bu kritik qolla "Pafos”un hesabı 3:3 etməsinə böyük töhfə verib. Lakin komandalar arasında Avstriyada keçirilən ilk oyunda "Zalsburq” 1:0 hesabı ilə qalib gəldiyi üçün iki oyunun nəticəsinə əsasən, mərhələ adlayan tərəf Avstriya təmsilçisi olub.










































