Murad Məmmədov “Pafos”da ilk qolunu vurdu - Video

Murad Məmmədov “Pafos”da ilk qolunu vurdu - Video
İDMAN
00:32 14.08.2026
184
Kiprin "Pafos” klubunda çıxış edən Azərbaycan futbolçusu Murad Məmmədov yeni komandasında ilk qolunu vurub.

AZXEBER.COM xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Avstriyanın "Zalsburq” komandasına qarşı keçirilən görüşün 82-ci dəqiqəsində meydançaya daxil olub və cəmi 2 dəqiqə sonra fərqlənməyi bacarıb.

Murad Məmmədov vurulan bu kritik qolla "Pafos”un hesabı 3:3 etməsinə böyük töhfə verib. Lakin komandalar arasında Avstriyada keçirilən ilk oyunda "Zalsburq” 1:0 hesabı ilə qalib gəldiyi üçün iki oyunun nəticəsinə əsasən, mərhələ adlayan tərəf Avstriya təmsilçisi olub.

OXŞAR XƏBƏRLƏR