Türkiyəli məşhur müğənni Murad Boz şəhidlərimizi anıb.
AZXEBER.COM xəbər verir ki, müğənni 10 milyonluq səhifəsində Azərbaycan Türkiyə bayrağını paylaşaraq yazıb:
"Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına baş sağlığı diləyirəm".
Qeyd edək ki, Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu 12 hərbiçisi şəhid olub. Bu hadisəni bir çox türk məşhurları post paylaşaraq, başsağlığı verib.
