Murat Dalkılıç özündən 16 yaş kiçik sevgilisi Çağla Bozla görüntülənib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni Murat Dalkılıç özündən 16 yaş kiçik aktyor Çağla Bozla yeni eşq macərasına başlayıb.
İkili ilk dəfə dünən gecə görüntülənib. Yeni sevgilisi ilə görünmək istəməyən Dalkılıç özü taksi ilə uzaqlaşarkən gənc qadını maşınla evə yola salıb.
Hande Erçel ilə evliliyini bitirən 39 yaşlı müğənni Murat Dalkılıç bir müddətdir sevgili olduğu Sitare Akbaşla da yollarını ayırıb. O, yeni şəxsi həyatını ictimaiyyətdən uzaq yaşayır.