Müsavat Divanının prezident seçkilərində iştirakla bağlı tövsiyələrini məqsədəuyğun hesab edən Məclis partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsinə də qərar verib.
İclasda prezident seçkilərində iştirakla yanaşı, ölkədəki ictimai-siyasi vəziyyət də müzakirə olunub. Məclis həmçinin 2013-cü ili Əbülfəz Elçibəy ili elan edib. İclasda Ə. Elçibəyin 75 illik yubileyinin keçirilməsi barədə qərar qəbul olunub.
apa