Müsavatçı adı ilə Avropaya gedənlər Azərbaycana deport edilir

Müsavatçı adı ilə Avropaya gedənlər Azərbaycana deport edilir
SİYASƏT
14:54 14.11.2019
10402

"İllərdir Avropada Azərbaycana qarşı bəzi antimilli qüvvələrin istifadə etdiyi söyüş maşınlarını yaradan qüvvələr bir-bir ifşa olunmağa başlayıb. Belə baxanda radikal müxalifətin saxta mühacir kimliyi ilə Avropaya aldadıb apardığı insanların varlığı çoxdan bəlli idi və bunların Azərbaycandakı bağlantıları da az-çox bilinirdi. Bunlar Avropadakı havadarlarından daha çox qrant almaq uğrunda mübarizə aparan, yeri gələndə bu uğurda bir-birilərinin obyektlərini əllərindən alan, bir-birini agent, satqın adlandıran müxalifət liderindən başqaları deyildi".

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu jurnalist Oqtay Hacımusalı deyib. Onun sözlərinə görə, Azərbaycandan aldadıb saxta sənədlə Avropaya apardıqları insanları dözülməz şəraitdə saxlayan, öz qurbanlarına çevirən, lazım gələndə onlardan öz çirkin məqsədləri üçün dövlətimiz əleyhinə istifadə edən həmin bu liderciklər əlaltıları vasitəsi ilə orada əməlli-başlı biznes qurmuşdular:

"Və çox qəribədir ki, qazanacaqları 5000, ya da 10000 avroya görə öz xalqının övladlarını pis vəziyyətə qoyan bu möhtəkirlərin Azərbaycanda, eləcə də Avropada etdikləri canlı yayınlarda ağızlarına çullu dovşan yerləşmirdi. Hər kəlmələrində vətən sevdalısı olduqlarından dəm vuran bu yalançı vətənpərvərlərin maskasını cıran da elə bu siyasi mühacir biznesi oldu. Pul atdıqları insanları intihar həddinə çatdıran, sonra arsız-arsız durub həmin insanların düşdükləri vəziyyətə görə iqtidarı günahlandıran bu siyasi işbazlar indi artıq qanun qarşısında cavab verməyə hazırlaşırlar. Dünən Almaniya polisinin müxtəlif şəhərlərdə keçirdiyi əməliyyatlar nəticəsində həmin şəbəkənin bir çox üzvləri saxlanılıb. İndi söz "biz saxta sənəd vermirik" deyən həmin partiya liderlərinindir. Əgər deməyə sözləri varsa...".

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

AZXEBER.COM xəbər verir ki, Avropada yaşayan siyasi mühacir Həbib Müntəzir bu hadisə ilə bağlı maraqlı fakt açıqlayıb. O deyib ki, Müsavat sənədi ilə xaricə gedənlər deport olunacaq:

‪"Ən son aldığım məlumata görə, bu gecə Almaniyadan, əsasən Bavariya torpağından xeyli azərbaycanlı siyasi mühacir deport olunacaq. Əsasən də Müsavat partiyasının sənədi ilə müraciət edənlər. Keçmiş olsun, ölkədaşlar". 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat
16:10 13.10.2026
“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
16:00 13.10.2026
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
15:59 13.10.2026
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
15:55 13.10.2026
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
15:47 13.10.2026
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
15:39 13.10.2026
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
15:35 13.10.2026
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
ƏMAS-da yenilik - Artıq...
15:24 13.10.2026
ƏMAS-da yenilik - Artıq...
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
15:22 13.10.2026
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ