Müsəlmanları terrorçu kimi göstərmək istəyənlərə...

Müsəlmanları terrorçu kimi göstərmək istəyənlərə...
Bütün Xəbərlər
15:48 17.10.2014
1732

Aysel VəlizadəDünya gündəmi fasiləsiz olaraq İslam adına ortaya çıxan radikal qruplarla məşğul olur. Bu qrupların yalnış mənbələri əsas götürərək fəaliyyət göstərməsiAmerika və Avropada yaşayan insanların İslama düşmən olmasına və İslamofobiyaya səbəb olur.Bəzən də Qərb ölkələri və ya ABŞ İslam adına ortaya çıxan radikal qrupları bəhanə edib müsəlman ölkələrinə qarşı qərəzli mövqe nümayiş etdirir.

Qərb dünyası İslam adı altında ortaya çıxaraq terrora əl atan təşkilatlara görə narahatdır və bu narahatlıq yersiz deyil. Terroru həyata keçirən və buna dəstək olan şəxslər beynəlxalq hüquq və ədalət qarşısında cəzalandırılmalıdırlar. Ancaq bundan daha vacib olan məsələ bu problemin həlli üçün hansı yollardan istifadə edilməsi məsələsidir.

Terrorun qaynağı cəhalət, xurafat və fanatizmdir və bunun həlli də təhsildir. Terrora yönələn insanlara bunun İslama tamamilə zidd olduğu, əksinə, bu şəkildə İslama, müsəlmanlara və bütün insanlığa zərər verəcəkləri izah edilməlidir.

İslamın sevgi, sülh, dostluq dini olduğu göstərilməlidir. Dünyada dinin əslinin cəmiyyətlər tərəfindən başa düşülməsinə çalışmaq lazımdır. İnsan haqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, sənət kimi Quran anlayışlarını mənimsəyən, insanlığa xoşbəxtlik gətirəcək müsəlman modeli tanıdılmalıdır.

Unutmayaq ki,terroristlərin adı müsəlman adları ola bilər, şəxsiyyət vəsiqələrinə müsəlman yazılar, lakin törətdikləri cinayətlərə din adı ilə haqq qazandırmaq olmaz. Terror hadisələrində öldürülən insanlar arasında hz. İsanı sevənlər (xristianlar), hz. Musanı sevənlər (yəhudilər) və müsəlmanlar da var. Bu günahsız insanları öldürmək cəhənnəm əzabı ilə nəticələnə bilən böyük bir günahdır.Dinə inanan, Allah qorxusu olan bir insan belə bir şey edə bilməz.

Bu cürvəhşiliklərin səbəbkarları bunu ancaq dinə hücum etmək məqsədi ilə edə bilərlər. Dini insanların gözündə alçatmaq, insanları dindən soyutmaq, dindarlara qarşı nifrət yaratmaq üçün edə bilərlər.

Din sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə bunun əksidir: mərhəmətsizdir, qan tökmək, öldürmək, işgəncə vermək istəyir. Bu səbəbdən, bir terror hərəkatına günahkar axtararkən qaynağı dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Hadisənin mənşəyini faşist, kommunist, irqçi, materialist düşüncəli insanlarda axtarmaq lazımdır. Günahsız insanlar göz qırpmadan öldürülürsə, onlar dindar deyil, dinsizdir. Allahdan qorxmayan, tək məqsədi qan tökmək və əzab vermək olan bir şəxs canidir. İslam dinində heç bir şəkildə terrora yer yoxdur. Əksinə, İslama görə "terror" adlandırdığımız hərəkətlər (yəni günahsız insanlara qarşı işlənən cinayətlər) böyük cinayətdir və müsəlmanlar bu hərəkətlərə mane olmaqla, dünyaya sülh və ədalət gətirməklə məsuldurlar.

Terrorçuların hədəfləri tamamilə günahsız olan insanlardır və bunun heç bir əxlaqi bəhanəsi yoxdur. Bu, Hitlerin və ya Stalinin cinayətləri kimi "insanlığa qarşı işlənmiş cinayət"dir.
Quran bizə gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasında isə sevgi, şəfqət və mərhəmət kimi anlayışlar durur.

Quran əxlaqına görə, bir müsəlman qarşısındakı insanın müsəlman olub-olmamasından asılı olmayaraq, bütün insanlara qarşı ədalətli davranmaqla, zəifləri və günahsızları qorumaqla və "yer üzündə fitnənin qarşısını almaqla" məsuldur. Bir ayədə buyurulduğu kimi"Allah isə fitnə-fəsadı sevmir.” (Bəqərə surəsi, 205)

Bir insanın günahsız yerə öldürülməsi isə ən böyük fitnələrdən biridir:

"...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...”(Maidə surəsi, 32)

Günahsız insanları öldürmək İslama tamamilə ziddir və heç bir müsəlman belə bir cinayət törədə bilməz. Əksinə, müsəlmanlar bu cinayətləri törədən insanların qarşısını almalı, "yer üzündəki fitnəni" aradan qaldırmalı və bütün insanlara rahatlıq və təhlükəsizlik bəxş etməlidirlər. Müsəlmanlıq terrorla birlikdə düşünülə bilməz, əksinə İslam terrorun çarəsi və həllidir.

OXŞAR XƏBƏRLƏR