‘Music Gallery’ alıcıları aldadır, şikayətlərə isə baxmır - ŞİKAYƏT

‘Music Gallery’ alıcıları aldadır, şikayətlərə isə baxmır -  ŞİKAYƏT
Bütün Xəbərlər
06:39 22.03.2015
4532

Son vaxtlar “Music Gallery” şirkətinə məxsus mağazalarda satılan malların keyfiyyəti ilə bağlı şikayətlər artıb. AZXEBER.COM xəbər verir ki, bunuvirtualaz.org-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, xüsusilə mağazalardan alınan telefonlarla bağlı şikayət edilir: “Təşkilatımıza daxil olan şikayət ərizəsində istehlakçılar telefonların tez bir zamanda sıradan çıxdığını, dəfələrlə servisdə təmir etdiklərini deyirlər. Sonuncu şikayət ərizəsində istehlakçı “28 Mall” ticarət mərkəzindəki mağazadan 79 manata telefon aldığını, lakin kassa çeki verilmədiyini yazıb. Telefon 3 dəfə təmir olunub”. E.Hüseynov dedi ki, şikayətlərlə bağlı şirkətlə əlaqə yaratmağa cəhd edib: “Şirkətin “qaynar xətt” xidməti var. Lakin müraciət etməyimizə baxmayaraq şikayətlər araşdırılmayıb. Şikayəti dövlət qurumlarına da yönəltmişik”. Qeyd edək ki, “Music Gallery” şirkəti 1993-ci ildə yaradılıb. Şirkətə məxsus mağazalarda məişət texnikası, elektronika, peşəkar işıq və audio avadanlıqları satılır. Şirkət “Yamaha”nın Azərbaycanda rəsmi nümayəndəsidir.

OXŞAR XƏBƏRLƏR