Müstəntiq yaşlı kişiyə qarşı quldurluq edib – Torpaq davası

Müstəntiq yaşlı kişiyə qarşı quldurluq edib – Torpaq davası
Bütün Xəbərlər
15:07 10.08.2015
1971
Masallı Rayon Polis İdarəsində rayon sakininə qarşı görülməmiş dələduzluq edilib.Bu barədəAzNews.az-a polisin qanunsuz əməlləri ilə üzləşən Masallı rayon sakini Şahdigar Teymurov məlumat verib. 57 yaşlı rayon sakini əməkdaşımızla söhbətində Masallı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Xəlilov Anar tərəfindən aldadıldığını və hiylə yolu ilə torpağının sənədlərinin əlindən alındığını bildirib:“O torpaq 1997-ci ildən mənə məxsusdur. Əlimdə sənədim-sübutum var. Amma Aydın Sahibov adlı şəxs mənə məxsus 6 sot torpağın 3 sotunu aldığını iddia edir. 2 dəfə məhkəmə olub və mən udmuşam. Çünki torpağın mənə məxsus olmasına dair əlimdə sənəd var. Amma torpağa iddialı şəxs gedib rayon polisinə şikayət edib. Deyib ki, Teymurovlar ailəsi mənim torpağımdan çıxmır”.
Polisin qanunsuz əməlləri isə bundan sonra başlayıb. Müstəntiq A.Xəlilov Şahdigar Teymurovu yanına çağıraraq, torpağın sənədlərini istəyib. Torpaq sahibi sənədlərin üzünü verməyi təklif etsə də, müstəntiq razılaşmayıb. Həmkəndli olduqlarını deyərək 57 yaşlı sakini dilə tutub, bildirib ki, torpağa iddialı şəxs sənədlərin əslini görmədən, inanmayacaq:“Eyni rayonda yaşayırıq, inandım ona sənədlərimi və hətta məhkəmənin mənim xeyrimə çıxardığı qətnamələri də verdim. 3 gün sonra getdim, mənə dedi ki, sənin sənədlərin saxtadır. Sənədlərimi geri istədim qaytarmadı. Onların niyəti mənim əlimdəki sənədləri yoxa çıxarmaq imiş. Hiylə ilə əlimdən alıblar. Görünür torpağı əlimdən almaqda həmin iddialı şəxslə əlbir olublar”.Ş.Teymurov məsələ ilə bağlı Masallı Rayon Polis İdarəsinin rəisinin qəbulunda olub. Rəis onun sənədlərinin 2-3 günə qaytarılacağına söz versə də, 3 gün sonra idarəyə gedən şikayətçiyə rəisin məzuniyyətə çıxdığını bildiriblər.Qanunsuzluqla üzləşən Masallı sakini Baş Prokurorluğuna şikayət edib. Zakir Qaralovun qəbulunda olub, baş prokuror şəxsən onun şikayətini dinləyib, lakin nəticə dəyişməyib.15 nəfərdən ibarət ailə başçısı indi əlacsız qalıb:“22 ildir şəkər xəstəsiyəm. Bu qədər ailə üzvüylə 6 sot torpaqda yaşayırıq. İndi bir nəfər gəlib 1997-ci ildən mənə məxsus toprağı almaq istəyir. Polis də onunla əlbir olub. 3 il ərzində mənim kimi xəstə adamın başına açmadıqları oyun qalmayıb. Uşaq kimi ağladırlar məni. Nə edim? Hara çıxım gedim axı mən?”.Bəzi məlumatları dəqiqləşdirmək üçün yazıda adıçəkilən müstəntiq Anar Xəlilovla əlaqə saxladıq.Müstəntiq sənədləri həqiqətən də götürdüyünü, lakin bunu qanuni yolla etdiyini bildirib. A.Xəlilovun sözlərinə görə Şahdigar Teymurova məxsus sənədlər şikayət əsasında alınıb və polis idarəsində saxlanılır.Məsələ ilə bağlı daha geniş məlumatları və sənədləri diqqətinizə çatdıracağıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et