Mütəxəssislərdən xəbərdarlıq - Bu peyvəndlər kişilərdə ürək xəstəliyinə səbəb ola bilər

Mütəxəssislərdən xəbərdarlıq - Bu peyvəndlər kişilərdə ürək xəstəliyinə səbəb ola bilər
SAĞLAMLIQ
14:24 22.05.2025
336
ABŞ Qida və Dərman İdarəsi (FDA) "Pfizer" və "Moderna"dan COVID-19 peyvəndlərindəki xəbərdarlıq etiketlərini genişləndirməyi xahiş edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, xəbərdarlıqda mRNT əsaslı peyvəndlərin xüsusilə 16-25 yaş arası kişilərdə perikardit və miokardın iltihabı riskinə səbəb ola biləcəyi ifadə edilib.
ürək xəstəliyinə səbəb ola bilə
Qərar keçən il dərc edilən araşdırmanın nəticələrinə və FDA-nın yeni məlumatlarına əsasən qəbul edilib.

Hər iki peyvənd əvvəllər ürək xəstəliyinə səbəb ola biləcəyinə dair xəbərdarlıqları ehtiva edib. Əvvəlki etiketlərdə riskli yaş aralığı "Moderna" üçün 18-24, "Pfizer" üçün 12-17 olaraq göstərilmişdi. Yeni xəbərdarlıqlar hər iki peyvənd üçün 16-25 yaşlı kişiləri əhatə edəcək şəkildə yenilənib.

Gülay
OXŞAR XƏBƏRLƏR