"Hadisəyə kənar qüvvələrin reaksiyası bizə lazım deyil. Hamı nə olduğunu bilir. Qarabağ əlilinin ölümündən istifadəyə cəhdlər edilir".
AZXEBER.COM-un məlumatına görə, bunu SİA-nın Əməkdaşə ilə söhbətində vəfat etmiş Zaur Həsənovun atası Həsən Həsənov deyib.
Mərhumun atası bildirib ki, müxalifət qüvvələri, kimliyi bəlli olmayan qruplar oğlunun ölümünü siyasi şouya çevirmək istəyirlər: "Buna qətiyyən yol vermək olmaz. Kimlərsə aranı qarışdırmaq istəyirlərsə, bunu mənim oğlumla əlaqələndirməsinlər. Biz hadisənin necə baş verdiyini onlardan yaxşı bilirik".