Müxalifət qəzeti Merkeli yıxıb-sürüdü - MƏTN

Müxalifət qəzeti Merkeli yıxıb-sürüdü - MƏTN
Bütün Xəbərlər
14:40 25.01.2013
1696

“Bizim yol” qəzeti Almaniya kansleri Merkeli bərk tənqid edən, yazı ilə çıxış edib.

“Merkelin neonasist siyasəti təlatüm yaradıb” başlıqlı həmin yazını təqdim edirik: İki gün öncə yerli mətbuatda "Merkel Avropa siyasətçilərini şoka saldı" başlıqlı yazı dərc olunub.

Məlumatda bildirilir ki, yanvarın 21-də Brüsseldə "Insan hüquqları uğrunda" İctimai Birliyin beynəlxalq analitik qrupunun hazırladığı "Avropanın qürubu" hesabatının təqdimatı keçirilib.

Təqdimatda media nümayəndələri, Avropa Parlamentinin deputatları, siyasətçilər, diplomatlar, ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Hesabatın təqdimetmə mərasimi ilə bağlı "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, layihə Almaniyanın, Norveçin Xarici işlər nazirlikləri, Soros Fondu, Qara Dəniz Regional Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdirilib.

Layihə hazırlanarkən beynəlxalq analitik qrupu "Human Rights Watch", "Sərhədsiz Reportyorlar", Almaniyanın Xarici İşlər Nazirliyi, Almaniyanın Miqrasiya, qaçqın və inteqrasiya siyasəti məsələləri üzrə Komissarı, Rusiya və Ukrayna, Türkiyə diaspor nümayəndələri, ictimai-siyasi xadimlər, jurnalistlərlə əməkdaşlıq edilib.

Layihənin təqdimatı ilə bağlı "İnsan hüquqları uğrunda" İctimai Birliyin rəhbəri Eynulla Fətullayev, "Franfurt occupy" hərəkatının lideri Tomas Pilts, Almaniyanın türk icmasının rəhbəri, məşhur ictimai-siyasi xadim Kenan Kolat, Beynəlxalq Media İnstitutunun Avrasiya proqramının direktoru Stiven Ellis və başqaları çıxış ediblər.

Təqdimatda göstərilən faktlar prezentasiyada iştirak edən avropalılar üçün gözlənilməz olub.

Belə ki, beynəlxalq analitik qrupun hazırladığı hesabatda və yayımladıqları sənədli filmdə Almaniyada milli azlıqların, xüsusilə türklərin bütün səviyyələrdə diskriminasiyaya məruz qaldıqları, onların hüquqlarının kobud şəkildə pozulduğunu və bunun arxasında alman xüsusi xidmətlərinin dayandığını, Frankfurtun timsalında öz hüquqlarını qorumaq üçün mitinqə çıxan insanların vəhşicəsinə döyüldüyünü və məhkəmə qərarı olmadan qeyri-müəyyən müddətə təcridxanalara salındığını, "dərin dövlət"in dəstəyi ilə neonasist ideologiyanın yenidən çiçəklənməyə başladığını və bunun əsasən müsəlman türklərə qarşı yönəldiyi, multikulturalizmin tamamilə iflasa uğradığı və bunların Almaniyanın kansleri Merkel tərəfindən etiraf edildiyi öz əksini tapıb.

Alman hökumətində korrupsiya hallarının açıqlanması isə avroparlamentarilərin kəskin reaksiyasına səbəb olub. Belə ki, xarici işlər naziri Vestervellenin Berlin aeroportunun tikintisinə ayrılmış milyonlarla vəsaitin oğlan məşuqunun şəxsi biznesinə yönəltməsi şok effekti doğurub.

Təsadüfi deyil ki, aeroportun tikintisi 2015-ci ilə qədər təxirə salınıb və hətta hökumətin istefasına gətirib çıxara bilər. Hökumətin böhranı artıq seçkilərin ilkin mərhələsində Merkel partiyasının uduzmasına gətirib çıxaracağını söyləməyə əsas verir və Saksoniyada keçirilmiş seçkilərin nəticələri bir daha bu fikri təsdiq edir.

Tədbirdə iştirak edən Avropa parlamentinin nümayəndələri və siyasətçiləri Merkel hökumətinin yürütdüyü siyasətdən hiddətlənib və bütün Avropaya demokratiya dərsi keçən Almaniya hökumətinin Avropa dəyərləri ilə bir araya sığmayan siyasət yürütmələrini kəskin pisləyiblər.

Beləliklə, son illərdə Avropada irqçilik tendensiyalarının güclənməsi fonunda, belə bir hesabatın açıqlanması ciddi mətləblərdən xəbər verir. Xüsusilə, eyni əsrdə 2 dünya müharibəsi başladan Almaniyada neonasizmin vüsət alması və "dərin dövlət" tərəfındən dəstəklənməsi dünya ictimaiyyətində narahatçılıq yaradır. Bu problemə qismən aydınlıq gətirmək məqsədilə beynəlxalq məsələlər üzrə ekspert Elman Nəsirovun fikirlərini öyrəndik.

Araşdırmaçının sözlərinə görə, hazırda Avropada qeyri-rəsmi şəkildə irqçilik dəstəklənsə də, bu siyasət rəsmi şəkildə bəyan edilə bilməz: "Bəllidir ki, Almaniyada neonasizm güclənməkdə və özünü müxtəlif formalarda büruzə verməkdədir. Lakin bunu dövlət siyasəti ilə bağlamaq çox ciddi ittihamdır. Neonasizm rəsmi şəkildə etiraf olunarsa, Almaniyanın beynəlxalq təcridinə səbəb ola bilər".

Almaniyada miqrantlara, xüsusən müsəlmanlara və türklərə qarşı basqıların artması, hətta bunun hüquq-mühafizə orqanları tərəfin dən dəstəklənməsinə gəlincə, E.Nəsirov hesab edir ki: "Bəli, Avropada türklərə, müsəlmanlara qarşı diskriminasiya halları var. Bunu Fransada da, Almaniyada da, digər ölkələrdə də görmək mümkündür.

Bildiyiniz kimi, Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməsinə qarşı çıxan ölkələrdən biri Almaniyadır. Rəsmi Berlin istəmir ki, doğum statistikasının ən aşağı olduğu Almaniyada türklərin, müsəlmanların sayı artsın. Ən yaxşı halda türkləri xırda ticarətdə görmək istəyirlər, siyasətə qarışmalarında maraqlı deyillər.

Digər tərəfdən, Almaniyadakı türk-müsəlman miqrantlar da əksərən alman cəmiyyətinə inteqrasiya ola bilmirlər. Bu da almanlarda diskomfort yaradır ki, həmin etirazlar da müxtəlif şəkildə özünü göstərir. İstənilən halda, BMT səviyyəsində, Almaniyada neonasizmin çiçəklənməsi və bunun dövlət tərəfindən dəstəklənməsinə dair belə bir hesabatın açıqlanması ciddi siqnal kimi qəbul olunmalıdır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib